Bazar, 19 May

Axtarış

Bakı” üzrə 5197 nəticə tapıldı

18.06.2023 - 15:57

Şəkidə partlayışda xəsarət alan uşaqlar öldü

Şəkidə partlayışda ağır xəsarət alan azyaşlılar dünyasını dəyişib. Məlumata görə, hadisə zamanı ağır xəsarət alan 2020-ci il təvəllüdlü Əli Nicat oğlu Soltanlı və 2021-ci il təvəllüdlü Məhəmməd Nicat oğlu Soltanlı müalicələrini davam etdirmək üçün Bakı şəhəri Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə aparılarkən yolda dünyasını dəyiş


18.06.2023 - 12:20

Sabah yağış yağacaq, güclü külək əsəcək

Milli Hidrometeorologiya Xidməti iyunun 19-a gözlənilən hava proqnuzunu açıqlayıb. Xəbər verilir ki, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, səhər kəsiləcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-23° isti, gündüz 25-30° isti


17.06.2023 - 14:31

Yay fəsli Azərbaycana bu tarixdə daxil olacaq

Yay fəsli Azərbaycana iyunun 21-i saat 18:57:47-də daxil olacaq. Bu barədə Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından məlumat verilib. Bildirilib ki, yay fəsli (Yay Günəş duruşu) Azərbaycana iyunun 21-i saat 18:57:47-də daxil olacaq. Məlumata görə, bu zaman Yerin fırlanma oxu Günəş şüalarının düşmə istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1)


16.06.2023 - 18:50

Səlim Müslümovun vəkilləri məhkəməyə gəlmədi

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə proses təxirə salınıb. Xəbər verilir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasın təxirə salınmasına səbəb vəkillərin prosesə gəlməməsi olub. Bildirilib ki, məhkəmə növbəti həftədə davam etdiriləcək. Xatırladaq


16.06.2023 - 18:10

5 nəfərin ölümünə səbəb olan Mahmuda hökm oxundu - VİDEO

Aeroport yolunda 5 nəfərin ölümü ilə nəticələnən qəzaya görə ittiham olunan yük maşını sürücüsü Mahmud Əzizovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Xəbər verilir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Hökmə əsasən Mahmud Əzizova 6 il həbs cəzası verilib. Həmçinin oxuyun: Интересный диалог Президента с Шахбазом Шарифом на русском языке - Видео  Xatırladaq ki, hadisə 2021-ci ildə


16.06.2023 - 17:00

Türk Hava Yolları İzmir-Bakı uçuşlarına başladı

“Türk Hava Yolları”nın (THY) brendi olan “AnadoluJet” Anadolunu dünya ilə əlaqələndirmək hədəfləri istiqamətində İzmirdən Azərbaycanın paytaxtı Bakıya uçuş həyata keçirib. Xəbər verilir ki, bu barədə THY Mətbuat Xidməti məlumat yayıb. Məlumata görə, iyunun 16-dan etibarən İzmir Adnan Menderes Hava Limanı ilə Heydər Əliyev Beynəlxalq Aeroportu arasında həftədə 3 gün qarşılıqlı uçuşlar həyata


16.06.2023 - 15:06

Bakıdan rayonlara dənizlə sərnişin daşınması təklif olunur

“Bizim imkanımız var ki, sərnişindaşımada dənizdən istifadə edək”. Xəbər verilir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında deputat Rüfət Quliyev deyib. “O cümlədən Bakıdan Lənkəran, Sumqayıt, Nabran istiqamətində bunu edə bilərik. Mən təklif edirəm ki, imkan varsa, bunu yenidən edək. Vaxtilə, 15-17 il öncə belə bir sistem var idi. Bakıdan Lənkə


16.06.2023 - 14:36

Rza Rzayev kassasiya şikayəti verdi

Xuliqanlıq ittihamı ilə məhkum edilmiş tanınmış aktyor, rejissor və ssenarist Rza Rzayev kassasiya şikayəti verib. Xəbər verilir ki, bu haqda onun vəkili Səlahəddin Cəfərov məlumat verib. Şikayətdə Rza Rzayevə qarşı irəli sürülmüş ittihamın əsassız olduğu qeyd edilərək, bəraət qərarı çıxarılması istənilib. İşə Ali Məhkəmədə baxılacaq. Qeyd edək ki, Rza Rzayev Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan


16.06.2023 - 10:21

Bakıda yataqxanada yanğın - 52 nəfər təxliyə edilib

Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində ümumi sahəsi 15 m² olan mətbəxin yanar konstruksiyaları yanıb. FHN-dən verilən xəbərə görə, yüksək temperaturdan dəhliz 10 m² sahədə qarsalanıb. Yanğın zamanı 52 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Yataqxana binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğı


14.06.2023 - 22:16

“Xəstəlik deyil, simptomdur”: Sağlam adamın başı niyə ağrıyır?

“Başağrısı, əsasən, xəstəlik deyil, bir simptomdur, funksional mənşəli xəstəliklər zamanı meydana gəlir”. Xəbər verilir ki, bunu Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 44 nömrəli Şəhər Poliklinikasının həkim-nevropatoloqu Minayə Əliəsgərova deyib. Həkimin sözlərinə görə, neyrogen və psixogen amillərin təsirindən əmələ gələn başağrıları orqanizmin bir çox orqan və sistemlə


14.06.2023 - 17:40

Tanışını söyüşə görə bıçaqlayan şəxslə bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada ittiham olunan Elxan Məlikovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Xəbər verir ki, hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, onun apellyasiya şikayəti təmin edilməyib. İttihama görə, hadisə 21 iyul 2022-ci il tarixdə, saat 02:00 radələrində paytaxt ərazisində yerləşən


14.06.2023 - 16:39

Ələt Ekoparkının açılışı olub

Bu gün Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisində Ələt Ekoparkının açılışı olub. Xəbər verilir ki, mərasimdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov iştirak edib. O, sakinlərlə görüşü zamanı bildirib ki, Ələt Ekoparkı təkcə istirahət və əyləncə məkanı deyil, həm də günəş enerjisindən səmərəli istifadə nümunəsi olacaq. "Yeni Ekoparkın ən heyranedici xüsusiyyətlərindən


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41