Cümə, 26 Aprel

Axtarış

Bakı” üzrə 5107 nəticə tapıldı

10.04.2024 - 17:40

İsrailin COP-29 rəsmisi Bakıya gəldi 

İsrailin COP29 üzrə milli koordinatoru Karmela Şamir Azərbaycana səfər edib. Xəbər verilir ki, bununla bağlı İsrailin Azərbaycandakı səfiri Corc Dik “X”dəki hesabında yazıb. “İsrailin COP29-da iştirakı üzrə milli koordinatoru Karmela Şamirin Bakıya səfərini başa çatdırmaqdan şadam! Enerjili görüşlər, uğurlu və yaddaqalan hadisə üçün zəmin hazırlığı. Biz İsrailin COP29-da yaxından iştirakını gözləyirik!”, - diplomat qeyd edib. Qeyd edək ki,


10.04.2024 - 10:55

Sabah Bakıda 17, rayonlarda 20 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət


09.04.2024 - 19:26

Azərbaycan millisi İsveçrəyə məğlub olub

Qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma Bakıda İsveçrəni qəbul edib. B Liqasının I qrupunun matçında komandamız rəqibinə 0:4 hesabı ilə uduzub. Qeyd edək ki, millimiz yer aldığı B Liqasının I qrupunun ilk matçında səfərdə Macarıstanla heç-heçə edib - 1:1. İsveçrə isə Türkiyə


09.04.2024 - 15:02

Ermənistan və Azərbaycan liderləri ilə arasında dialoq olmalıdır

Vaşinqton Bakı və Yerevan arasında dialoqda istənilən iştirakdan şad olarıq. Xəbər verilir ki, bu barədə Amerika Xarici İşlər Nazirliyinin mətbuat katibi bildirib. Metyu Millerin sözlərinə görə, ABŞ öz mövqeyini dəfələrlə səsləndirib. Söhbət ondan gedir ki, problemin həlli yolu kimi danışıqlara alternativ yoxdur: “Mən qarşıdan gələn görüşlər barədə danışmaq istəmirəm, lakin biz həmişə dialoqu alqış


09.04.2024 - 14:03

Aprel pensiyaları ödənildi

Bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə aprel ayının pensiyaları ödənilib. Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, yaxın günlərdə respublikanın digər bölgələri üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.


09.04.2024 - 13:00

Binədə üzərində silah gəzdirən şəxs saxlanılıb

Bakının Xəzər rayonun Binə qəsəbəsində üzərində “Makarov” silahı gəzdirən şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əvvəllər məhkum olunmuş 1994-cü il təvəllüdlü Mehdi Rzayev üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb. Onun üzərindən 1 ədəd “Makarov” markalı


08.04.2024 - 15:25

Bu gün tam Günəş tutulması müşahidə olunacaq

Bu gün Yer kürəsinin sakinləri nadir təbiət hadisəsini - tam Günəş tutulmasını müşahidə edə biləcəklər. Tutulma pik nöqtəsinə Meksikada çatacaq. Orada Günəş diskinin qaralmasını təxminən 4,5 dəqiqə izləyə biləcəklər. “Meksikanın şimalında Bakı vaxtı ilə saat 22:17-də tutulmanın ən böyük mərhələsi müşahidə olunacaq, 1,029-a bərabər və ümumi fazanın müddəti dörd dəqiqə 28 saniyə


08.04.2024 - 14:36

Bakıda mənzildə 28 yaşlı kişinin meyiti tapılıb

Bakıda mənzildə 28 yaşlı kişinin meyiti aşkarlanıb. Xəbər verilir ki, hadisə Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsində yerləşən mənzildə baş verib. Orada yaşayan, 1996-cı il təvəllüdlü Rüfət Seymur oğlu Salmanovun meyiti beşinci mərtəbədə yerləşən mənzilin eyvanında asılı vəziyyətdə aşkarlanıb. Onun intihar etdiyi ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.


08.04.2024 - 11:27

Sabah Bakıda 18, rayonlarda 21 dərəcə isti olacaq

Aprelin 9-da Azərbaycanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 6-10° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75%,


08.04.2024 - 10:30

Cahangir Əsgərov daha bir vəzifədən AZAD EDİLDİ

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) sabiq sədri Cahangir Əsgərov daha bir vəzifədən azad edilib. Xəbər verilir ki, bir neçə ildir Milli Aviasiya Akademiyasında Avianəqliyyat istehsalatı kafedrasının müdiri vəzifəsini tutan C.Əsgərov bu yaxınlarda təhsil ocağındakı vəzifəsini itirib. Cahangir Əsgərovun adı Milli Aviasiya Akademiyasının saytından da çıxarılıb. Belə ki, saytda hazırda Avianəqliyyat istehsalatı kafedrasının müdirinin texnika üzrə fəlsə


07.04.2024 - 10:15

Bu gün imtahan var

Aprelin 7-də Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, Qəbələ, Oğuz, Lənkəran – 2, Cəlilabad – 1, Masallı – 1, Yardımlı, Beyləqan, Füzuli (o cümlədən M.Uluqbəy adına 1 nömrəli məktəb), Laçın (şəhər 2 nömrəli və Zabux kənd tam orta məktəbləri), Zəngilan (Ağalı kənd tam orta məktəbi), Ucar, İsmayı


06.04.2024 - 13:06

8 Noyabr prospekti ilə bağlı yeni QƏRAR

Bakının 8 Noyabr prospektində yenidənqurma işləri çərçivəsində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin və mobilliyin artırılması məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yeni layihə hazırlayaraq Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim edib. Xəbər verilir ki, Nazirliyin məlumatına görə, layihədə tətbiq olunacaq yanaşma Şurada aidiyyəti qurumların iş


Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33