Bazar, 19 May

Axtarış

Bakı” üzrə 5197 nəticə tapıldı

16.06.2022 - 14:12

Binəqədi bələdiyyəsinin sabiq sədri və bacısının məhkəməsi başlayıb

Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva və bacısı İlknur Əliyevanın (Turkut) cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Xəbər verilir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Baxış iclası iyunun 21-nə təyin olunub. Xatırladaq ki, Binəqədi rayon bələdiyyəsinin keç


16.06.2022 - 13:49

Azərbaycan Qarabağ münaqişəsini özü həll etdi – Ərdoğan

BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, Qarabağ münaqişəsi uzun müddət ərzində həllini tapmırdı. Xəbər verilir ki, bu, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun iştirakçılarına ünvanladığı məktubda deyilir. R.T.Ərdoğanın məktubunu sabiq baş nazir Binəli Yıldırım oxuyub. Məktubda qeyd edilir ki, Azərbaycan ikinci Qarabağ


16.06.2022 - 13:11

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Azərbaycandadır

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus Azərbaycanda səfərdədir. Məlumata görə, o, IX Qlobal Bakı Forumunda iştirak etmək məqsədi ilə Bakıda səfərdədir.


16.06.2022 - 12:49

Bakıda iyunun 15-dən hava dəyişir - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında iyunun 15-i axşamdan 18-i səhərədək şimal-qərb küləyi 15-18 m/s, arabir 20-23 m/s olacaq. Xəbər verilir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib.


16.06.2022 - 12:07

Zurabişvili Azərbaycanda səfərdədir

Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycanda səfərdədir. Xəbər verilir ki, o, IX Qlobal Bakı Forumunda iştirak edir. Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə bu gün “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu öz işinə başlayıb. Xatırladaq ki, builki forumda dünyanın 50-dən çox ö


16.06.2022 - 11:45

Bakıda iş adamı başqasını xilas edərkən öldü

Dünən Bakıdakı çimərliklərin birində ölüm hadisəsi baş verib. Xəbər verilir ki, Sabunçu rayonu, Pirşağı qəsəbəsi yaxınlığındakı çimərlikdə 1993-cü il təvəllüdlü Zülfüqarov Vüqar Hafiz oğlu boğularaq ölüb. FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən onun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib. Bildirilir ki, V.


16.06.2022 - 10:23

İyunun 19-da rezidenturaya qəbul üçün növbəti imtahan keçiriləcə

Dövlət İmtahan Mərkəzi iyunun 19-da rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, ikinci cəhd) imtahanı keçirəcək. Mərkəzdən verilən məlumata görə, imtahanda 1021 namizəd iştirak edəcək. Onlardan 795 nəfər Azərbaycan, 226 nəfər isə rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 447 nəfəri oğlan, 574 nəfəri isə


16.06.2022 - 09:41

Bakı sakinini Xaçmazda döyüb, ağaca bağlayaraq yandırdılar

Xaçmaz rayonunda döyülmə hadisəsi olub. Məlumata görə, hadisə rayonun Susay kəndində qeydə alınıb. Belə ki, Bakıdan Xaçmaza quşçuluq fermasına işləməyə gedən 1968-ci il təvəllüdlü Zaur İslam oğlu Abdullayev tanıdığı şəxslər tərəfindən döyülüb, sonra ağaca bağlanılaraq yandırılıb. Müxtəlif dərəcəli yanıq xəsarətləri alan Z.Abdullayev Xaçmaz Rayon


16.06.2022 - 09:00

Bu yollarda sıxlıq var - SİYAHI

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı daha bir məlumat yayıb. Mərkəzin məlumatını təqdim edirik: 1. Heydər Əliyev prospekti Olimpia stadionunun qarşısından başlayaraq Asan xidmətin qarşısına qədər sıxlıq müşahidə edilir. 2. Bakı Sumqayıt şossesi Masazır dairəsindən başlayaraq 20 Yanvar dairəsinə qədər Moskva prospektidə daxil olmaqla sıxlıq


15.06.2022 - 20:22

UNEC tələbəsi yol qəzasında vəfat etdi - YENİLƏNİB

UNEC tələbəsinin öldüyü qəza ilə bağlı yeni detallar bəlli olub. "Xəbər verilir ki, Daxili İşlər Nazirliyindən bildirilib ki, dünən saat 18 radələrində Xızı rayonunun Giləzi qəsəbəsində A.Ağayevin idarə etdiyi "Mercedes" və 1988-ci il təvəllüdlü Xalidə Xəlilzadənin idarə etdiyi "Nissan" markalı avtomobillər toqquşub. Nəticədə X.Xəlilzadə və sərnişini Gülbəniz Qaçıyeva hadisə yerində ölüb, digə


15.06.2022 - 15:44

Polis “İçərişəhər”in qala divarına Z yazan şəxsi saxladı

Ötən gün "İçərişəhər" Tarix-Memarlıq Qoruğunun qala divarında Rusiyanın Ukraynaya qarşı təcavüzünə dəstək rəmzi olan Z hərfi yazılıb. Polis onu yazan şəxsi müəyyən edərək saxlayıb. O, Bakı sakini, 67 yaşlı Aleksandr Saprıkindir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Saprikinin saxlanması barədə məlumatı təsdiqləyiblər. Nazirlikdən qeyd ediblər ki, faktla bağlı inzibati icraat çərçivəsində araşdırma


15.06.2022 - 14:55

Kəmaləddin Heydərovun məşhur hoteli satışa çıxarıldı

Bakının mərkəzində yerləşən, dəbdəbəli, dördulduzlu “Qafqaz Baku City Hotel & Residences” hoteli satışa çıxarılıb. Xəbər verilir ki, bu barədə Bina.az saytında elan yerləşdirilib. Bildirilir ki, hotelin qiyməti 72 milyon 750 min manatdır. Qeyd edək ki, "Gilan Holding”ə məxsus olan "Qafqaz” hotellər şəbəkəsinə 13 hotel daxildir və bu mülklərin sahibi Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovdur.


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41