Şənbə, 18 May

Axtarış

Bakı” üzrə 5192 nəticə tapıldı

17.11.2022 - 09:19

Bakıda bəzi binalarda niyə istilik yoxdur? - VİDEO

Bakının Xətai rayonu, Məhəmməd Hadi küçəsindəki 77, 87, 89, 91-93 ünvanlarında yerləşən binalarda istilik yoxdur. Xəbər verilir ki, istilik mövsümünə rəsmi olaraq başlansa da, bəzi binaların sakinləri istiliyin üzünə həsrət qalıblar. Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət ediblər, amma şikayətləri cavabsız qalıb. Havaların qeyri-sabit keçməsi isə soyuq evlə


16.11.2022 - 17:38

Bakıda evin qarşısına qumbara və qərənfil buketi niyə qoyulub?

Bakı sakini hədələnməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Məlumata görə, noyabrın 13-də polisə müraciət edən Nəsimi rayon sakini, 1984-cü il təvəllüdlü Nəriman Səfərov (ad və soyadlar şərtidir) yaşadığı mənzilin qarşısına qumbara və qərənfillərdən ibarət gül buketinin qoyulduğunu bildirib. O qeyd edib ki, həmin gün Hüseyn adlı şəxs yaşadığı Alı Mustafayev küçə


16.11.2022 - 13:33

Bakının bu ərazisində qazın verilişi dayandırıldı

Bakının Yasamal rayonunda qaz xəttində sızma aşkarlandığından rayonun Əhməd Cavad küçəsi 200 ünvanına qazın verilişi dayandırılıb. Bu barədə Azəriqaz İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, Təmiz Qaz QSC tərəfindən əraziyə gedən qaz xəttində sızma aşkar edilib. "Dərhal əraziyə təbii qaz verilişi dayandırılıb və xəttin təmirinə başlanılıb. Artıq xəttin təmiri başa ç


16.11.2022 - 09:00

Rəsmi Parisin Azərbaycana qarşı siyasi terroru

Fransa qanunverici orqanının öz seçicilərinə hörmətsizliyi davam edir. Ölkə senatı dövlətin marağını erməni lobbisinə qurban verir. Fransa Senatı bir daha beynəlxalq hüquqa hörmətsizlik etməklə terroru, iğtişaşı, münaqişəni, işğalı dəstəklədiyini, soyqırımı müdafiəçisi olduğunu nümayiş etdirib. Belə ki, Fransa parlamentinin yuxarı palatası – Senat növbəti dəfə beynəlxalq hüququn norma və prinsiplərinə açıq hörmətsizlik nümayiş


15.11.2022 - 19:47

Bakı-Quba yolunda hərəkət məhdudlaşdırılacaq

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 21-ci kilometrliyində yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq, 2022-ci il 16 noyabr tarixindən, saat 08:00-dan etibarən 150 metr məsafədə bir hərəkət zolağı üzrə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Xəbər verilir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən bildirir. Yolun digər 2


15.11.2022 - 17:20

16 yaşlı gənc özündən 10 yaş böyük sevgilisini bıçaqladı

Bakının Səbail rayonunda özündən 10 yaş böyük olan sevgilisinı bıçaqlamaqda ittiham olunan 2007-ci il təvəllüdlü İlkin Cəbiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Xəbər verilir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baş tutan iclasda prokuror ittiham aktını elan edib. İttihama görə, İlkin Cəbiyev sevgi münasibətində olduğu Dilbər İbrahimova ilə qı


15.11.2022 - 15:12

Sabahın havası AÇIQLANDI

Bakıda və Abşeron yarımadasında noyabrın 16-da gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 12-14° isti, Bakıda gecə 7-9° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq. Azə


15.11.2022 - 14:30

Avtobuslarda cibgirliklə məşğul olan 3 qardaş TUTULDU

Bakıda polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində ictimai nəqliyyatda cibgirliklə məşğul olan 3 qardaş tutulub. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müxtəlif vaxtlarda paytaxtın Yasamal və Nəsimi rayonları ərazilərində marşrut avtobuslarında 6 nə


15.11.2022 - 10:20

Avtomobil bazarında qiymətlər necədir?

Oktyabr ayında Bakıda avtomobil bazarında da qiymət artımları davam edib. Bu barədə noyabrın 14-də İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. Mərkəzin keçirdiyi monitorinqə əsasən, 20 min manatadək olan avtomobillərin qiyməti 5 faiz yüksəlib. Oktyabr ayında da Aİ-95 markalı benzindən istifadə edən və daha bahalı avtomobillərə tələbin azalması müşahidə olunub. Həmin növ avtomobillərin qiymətində dəyişiklik qeydə


14.11.2022 - 17:18

Səlim Müslümovun məhkəməsində şahid: “İdarə rəisinə 69 min manat rüşvət vermişəm”

  "Şəhid ailələri üçün tikilən 23 evə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tikilməkdə olan obyektlərin İdarənin rəisi Natiq Əzizova 69 min manat rüşvət vermişəm". Xəbər verilir ki, bunu Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə iclasında şahid qismində ifadə verən İbrahim İsmayılov deyib. O, bildirib ki, "


14.11.2022 - 15:27

Bakıda kafedə partlayış olub

Bakıda kafedə partlayış olub. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, yanğınla nəticələnən partlayış hadisəsi paytaxtın Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 100 kvadratmetr olan kafenin mətbəxində qeydə alınıb. Belə ki, yanğın nəticəsində mətbəxdə olan 2 ədəd soba, 1 ədəd plastikdən ibarət pəncərə çə


14.11.2022 - 15:10

Eldar Həsənovun ailə üzvlərinin hansı əmlakları geri qaytarılıb? - SİYAHI

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovun 3 övladı - Anar Həsənov, Emilya Qurbanova və Səbinə Hüseynovanın geri qaytarılan əmlaklarının siyahısı məlum olub. Əldə etdiyimiz məlumata görə, Ali Məhkəmənin hakimi İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, Emilya Qurbanova tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilib. Belə ki,


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41