Şənbə, 18 May

Axtarış

Baku” üzrə 403 nəticə tapıldı

16.03.2024 - 09:27

Obyekt sahiblərinə DİN-dən XƏBƏRDARLIQ - VİDEO

Paytaxt ərazisində bəzi obyekt sahibləri ümumi istifadədə olan yolu zəbt ediblər. Kimisi dəmir, kimisi isə şlaqbaum qoyaraq yolu daraldıb, piyadaların keçidinə mane olurlar. Obyekt sahibləri aidiyyəti qurumlardan icazə aldıqlarını, sənədlərinin olduğunu deyiblər. Daxili İşlər Nazirliyindən isə sözügedən məsələyə sərt reaksiya verilib: “Binaların həyətlərində, yolların kənarlarında müxtəlif vasitələrlə şəxsi istifadə üçün qanunsuz olaraq


14.03.2024 - 11:15

Qızıl qiymətinə satılan meyvələr: Bahaçılığın səbəbi nədir? - ARAŞDIRMA + VİDEO

Hər il mart ayında bazarlarda meyvə-tərəvəzin qiyməti əl yandırır. Bəziləri isə sözün həqiqi mənasında qızıl qiymətinə satılır. Mövzu ilə əlaqədar Baku TV-nin əməkdaşı paytaxtdakı bazarlardan birində olub. Satıcıların sözlərinə görə, istehsalçılar vəziyyətdən istifadə edərək alçanı istədikləri qiymətə satışa qoyurlar. Ətraflı süjetdə:


14.03.2024 - 09:27

İnsanlar “WhatsApp”da yayılan anonim xəbərdarlıqlara niyə tez inanırlar? - ARAŞDIRMA + VİDEO

“WhatsApp”da anonim xəbərdarlıqlar yayılır. İnsanlar bu mesajların mənşəyini bilməsələr də, bir-birinə göndərirlər. Çox vaxt qrup yazışmalarına qədər gəlib çıxan bu cür mesajlar əhali arasında təşvişə səbəb olur. Bəs insanlar əsası olmayan xəbərlərə, el arasında deyildiyi kimi “Niquş”lara niyə tez inanırlar? Psixoloq Əfsanə Rüstəmova bildirib ki, insanlar rəsmi nümayəndələrlə müqayisədə ö


14.03.2024 - 08:56

Məzuniyyət pulu necə hesablanır? - Ödənişin çox verildiyi AYLAR + VİDEO

Məzuniyyətə çıxarkən insanları düşündürən məsələlərdən biri də alacaqları ödənişin məbləğidir. Qanunvericiliyə uyğun hesablansa da, çoxları hesab edirlər ki, bəzi aylarda məzuniyyətə çıxarkən əməkhaqqı digər aylarla müqayisədə daha az və ya çox olur. Bəs, bu fikir nə dərəcədə doğrudur? Hüquqşünas Sahib Məmmədov bildirib ki, stabil əməkhaqqı alan şəxslər üçün bu, fərq etmir: “Yəni


10.03.2024 - 21:40

Ramazanın ilk gününün imsak, iftar və namaz vaxtları - FOTO

Sabah Ramazan ayının ilk günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 11-də imsak vaxtı saat 05:33-də, iftar vaxtı isə saat 18:57-dədir. Martın 11-i üçün namaz vaxtları: Birinci günün imsak vaxtı üçün duanı təqdim edirik:  “Allahumməc'əl siyami (fihi) siyaməs-saimin və qiyami (fihi) qiyaməl-qaimin və nəbbihni fihi ən naumətil-ğafilin və həb li curmi fihi ya ilahəl-aləmin və'fu ənni ya a'fiyən ənil-mucrimin!”.


07.03.2024 - 14:18

Evinizdə bu qablar varsa mütləq atın-  Xərçəng Təhlükəsi!

Təhlükəli qablar demək olar ki, hər bir mətbəxdə olur. Ancaq uzun illər onlara xidmət edən əşyaları saxlayan qənaətcil sahiblərinin evlərində daha çox rast gəlmək mümkündür. Bəs hansı qablar daha təhlükəlidir? Hansı qablardan təcili olaraq imtina edilməlidir? Hər mətbəxdə olan təhlükəli qablar haqqında araşdırmanı təqdim edirik. Sovet Çini (farfor) və Keramika, Əl İşi Sənətkarlı


29.02.2024 - 11:27

Rüşvət alan vəkillərlə bağlı hansı tədbirlər görülür? - VİDEO

“Qeyri-prosessual münasibətlər yolverilməzdir və bu hallar ölkədə məhkəməyə, istintaqa, dövlətin maraqlarına ziddir. Ona görə də, hər kəs öz işini qanun çərçivəsində qurmalıdır”. Bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib. “Bizim əsas istəyimiz odur ki, vəkillərin göstərdiyi hüquqi yardıma görə qeyri-rəsmi ödənişlər olmasın, ödənişlər nağdsız qaydada aparılsı


29.02.2024 - 10:25

Qaçırılan 15 yaşlı qız: “Apardı kəndə, başıma oyun açdı” - VİDEO

“Mən parkda gəzirdim, oğlanla orada tanış oldum. Oğlan mənə dedi ki, qaçırdım səni? Mən də inandım, amma o, məni aldatdı”. Xəbər verilir ki, bu sözləri 15 yaşında qaçırılan yeniyetmə qız başına gələn hadisələr haqda Baku TV-yə danışarkən deyib. “Məni öz kəndlərinə apardı, orada başıma oyun açdı. İstəmirdim onu. Atamgil polisə müraciət etdilər. Sonradan məni polisə


28.02.2024 - 15:25

Kolbasalar haqqında dəhşətli faktlar üzə çıxdı - VİDEO

Kolbasalar ət məhsulu hesab edilsə də, bu, heç də belə deyil. Çünki əksər kolbasa məhsullarının tərkibində ət çox az miqdarda olur. Maraqlıdır, görəsən, keyfiyyətli kolbasanı necə ayırd etmək olar? Qida üzrə ekspert Məhsəti Hüseynova bildirib ki, məhsulun rəngi keyfiyyətindən xəbər verir: “Açıq rəngdə, çəhrayıya çalan rəng olmalıdır. Kolbasa ət məhsuludur. Onun hazırlanmasında 70 faiz ət, 30 faiz isə kömə


20.02.2024 - 19:25

700 milyonluq müjdə: Maaş və pensiyalar artırılacaq

“Hazırda maaşların artırılması ilə bağlı konkret reqlament yoxdur. Düzdür, büdcə planlaması zamanı əsasən, ehtiyac meyarının, istehlak səbətinin dəyişməsini nəzərə alaraq minimum əmək haqqının artırılması ilə bağlı yanaşmalar ortaya qoyulur. Təcrübədə o var ki, Azərbaycanda minimum əmək haqqı 2018-2019-cu illərdə artırılıb. Buna görə də istənilən dövrdə, təbii ki, fiskal və


20.02.2024 - 14:37

Təhqir olunan qızın nənəsi: "Nəvəmi döyən şagird Firondur, onunla bacarmırlar" - VİDEO

"Nəvəm ona nəsə pis söz deyib. Sonra 3 qız yığışıb onu söhbətə çağırıblar. Hadisə zamanı yanlarında bir oğlan da olub. O da qızları ayırmayıb. Nəvəmin başına bu oyunu açıblar. Başına yumurta vurublar, saçlarını kəsiblər". Bu sözləri təhqir olunan qızın nənəsi Cəmilə Hacıyeva Baku TV-yə bildirib. O əlavə edib ki, hadisədən sonra nəvəm evə qayı


14.02.2024 - 21:06

Ukraynada azərbaycanlı hərbçi həlak oldu, bir həmyerlimizin biznesi dağıdıldı - VİDEO

Ukraynada müharibə davam edir. Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb. O bildirib ki, ötən gecə Xerson, Xarkov, Dnepropetrovsk və Zaporojye vilayətlərinə yenidən hava hücumu olub. Həmçinin qeyd edilib ki, Donetsk və Xarkovda ağır döyüşlər gedir. “Donetsk uğrunda döyüşlərdə Ukrayna Silahlı Qüvvələrinin azərbaycanlı hərbçisi 22 yaşlı Sabir Samir oğlu Əhmədov həlak olub”, - deyə


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41