“Ağdam” üzrə 448 nəticə tapıldı
Avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın olacaq. ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən məlumatına görə, Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 26-29 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-3
Bərdə rayonunda yeniyetmə qızın təcavüzə məruz qalması ilə bağlı kütləvi informasiya vasitələrində yayılan məlumatlar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən araşdırılıb. Bu barədə Dövlət Komitəsindən məlumat verilib. Qeyd olunub ki, qurumun Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin psixoloqu və rayon İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanları
"Azərbaycanla Ermənistan arasında Qarabağda basdırılmış mina xəritələri ilə bağlı danışıqlar davam edir". Xəbər verilir ki, bu brədə Ermənistan KİV-də məlumat dərc edilib. Məlumata görə, 23-31 avqust tarixlərində Bakı ilə Yerevan sayca üçüncü dəfə bu barədə razılıq əldə edəcək. Belə ki, daha 15 diversantın qaytarılması qarşılığında rəsmi Yerevan Qarabağdakı mina xəritələrinin basdırıldığı ərazilərin
Azərbaycanın Ermənistana qarşı təzminat davası ilə bağlı ilk növbədə qiymətləndirmə, dəyən zərərin hesablanması işləri başlamalıdır. “Yeni Müsavat” xəbər verir ki, söhbət 100 milyardlardan gedir. Prezident İlham Əliyev hələ ötən il noyabrın 12-də müalicə olunan hərbçilərlə görüşündə Ermənistanın işğalı nəticəsində Azərbaycana dəymiş ziyanın ödənilməsilə bağlı hüquqi addımları
“Qarabağ” 2021/22 mövsümünə start verib. Xəbər verilir ki, Ağdam klubu Konfrans Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayıb. Qurban Qurbanovun yetirmələri İsrail təmsilçisi “Aşdod”la görüşüb. Premyer Liqanın vitse-çempionu ilk matçı evdə keçirib. İlk dəqiqələrdən üstünlüyə yiyələnən “Qarabağ” rəqib qapısına ardıcıl hücumlar təşkil edib. Lakin təmsilçimiz yaradılan
O, Ağdamın Sarıcalı kənd sakini Xəqani Əliyevdir. 1993-cü il iyulun 23-də ermənilərin Ağdama növbəti hücumundan xəbər tutub, kəndi tərk etməyən valideynlərini müvəqqəti təhlükəsiz əraziyə çıxartmaq üçün evinə yollanan Xəqani Əliyev... Xəqani iyulun 24-də səhərə yaxın öz avtomobili ilə Ağdama daxil olanda rastlaşdığı hərbçiləri Azərbaycan Milli Ordusunun əsgərləri zənn edir. Bir neçə də
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib. ANAMA-dan verilən məlumata görə, iyulun 12-dən 17-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 54, tank əleyhinə 15 mina və 108 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 143 hektar ərazi mina və partlamamış
Azərbaycan hökumətinin dəvəti ilə iyulun 9-da və 10-da Füzuliyə, oradan isə Şuşaya səfər edən xarici ölkə səfirlərinin arasında ABŞ, Rusiya və Fransa səfirləri olmayıb. Əldə etdiyimiz məlumata görə, həmin ölkələrinin səfirləri Azərbaycan hökumətinin dəvətini qəbul etsələr də Şuşaya getməkdən imtina ediblər. Azərbaycan prezidentinin köməkçisi, diplomatları səfərdə müşaiyət
Yeni Laçın dəhlizinin tikintisi barədə mətbuatda gedən xəbəri oxumaq, yolun tikintisindən çəkilən şəkilləri görmək heç xoş olmadı. Niyə 3 il xərc çəkib erməniyə dəhliz düzəltməliyik? O xərci Xocalının, Malıbəylinin, Kərkicahanın, Kosaların və başqa bizi gözləyən yaşayış məntəqələrimizin bərpası və qaçqınlarımızın köçürülməsi üçün niyə istifadə etmirik? Deyilənə
Milli komandamızın hücumçusu Mahir Emreli yeni klubu “Legiya”da uğurlu çıxışları ilə diqqət çəkir. 24 yaşlı hücumçumuz əvvəlcə yoxlama oyunlarında məhsuldarlığı ilə seçildi. O, 6 qola imza atdı. İki gün əvvəl “Legiya”nın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində səfərdə "Bude-Qlimt"ə (Norveç) 3:2 hesabı ilə qalib gəldikləri ilk oyunda isə Mahir iki qol vuraraq komandasının qələbəsində böyük pay sahibi oldu. Ə
"Anlamalıyıq ki, seçkilərin bitməsi heç də o demək deyil ki, Ermənistanda davam edən siyasi böhran bitib". Xəbər verilir ki, bunu açıqlamasında hərbi ekspert Heydər Mirzə deyib. O bildirib ki, Ermənistan sərhəddə atəşkəsi pozmaqla istəyir ki, dünya münaqişənin guya davam etdiyini görsün: "Ermənistanda seçkilər bitsə də siyasi böhran hələ də davam etməkdədir. Birinci olaraq biz ermənilərin
“Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir”. Xəbər verilir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin 6 iyul tarixinə olan fəaliyyəti ilə bağlı məlumatında deyilir. “İyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları gecə-gündüz vəziyyəti izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarə