Bazar, 05 May

Axtarış

Avropa” üzrə 1829 nəticə tapıldı

02.07.2022 - 09:32

İranda 6 ballıq zəlzələ: ölənlər və yaralılar var

İranın cənubunda 6 maqnitudalı zəlzələ baş verib. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Yeraltı təkanların episentri Hörmüzgan ostanının Bəndər Lingə şəhərindən 61 km şimal-şərqdə yerləşib. Zəlzələ ocağı 10 km dərinlikdə olub. Zəlzələdə 5 nəfər həlak olub, daha 44 nəfər xəsarət alıb. Məlunata görə, bu barədə yerli media hakimiyyət orqanlarına istinadən


01.07.2022 - 20:13

Ukrayna Rusiyanın raket hücumlarına görə ATƏT-in növbədənkənar iclasını çağırır

Ukrayna Rusiyanın raket hücumlarını müzakirə etmək üçün ATƏT Daimi Şurasının növbədənkənar iclasının çağırılması təşəbbüsü ilə müraciət edib. Xəbər verilir Ukraynanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Yevgeni Çımbalyuk deyib ki, Rusiya mülki obyektləri hədəfə almaqla təkcə beynəlxalq humanitar hüququ kobud şəkildə pozmur, həm də ilk növbədə dinc əhalini hədəfə


01.07.2022 - 14:07

Zelenskidən Avropaya XƏBƏRDARLIQ

Əgər Ukrayna taxıl ixracı üçün limanları açmasa, o zaman Avropa miqrasiya sunamisinə məruz qala bilər. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Vyanada keçirilən rəqəmsal texnologiyalar və media “4Gamechangers” festivalında çıxışı zamanı deyib. “Əgər bu aclıq təhlükəsi aradan qaldırılmasa, Qara dənizin blokadası dərhal açılmasa, o zaman ərzaq böhranının nəticəsi elə bir miqrasiya sunamisi olacaq ki, Avstriya hələ dənizdən uzaqda olsa da, sizə də çatacaq”,


30.06.2022 - 18:34

Makron Putinlə görüşə hazır olduğunu bildirdi

Fransa prezidenti Emmanuel Makron lazım gəldikdə Rusiya lideri Vladimir Putinlə dialoqa hazır olduğunu bildirib.  Xəbər verilir ki, o, bu barədə Madriddə NATO sammitindən sonra keçirilən mətbuat konfransında bildirib. Makron Putinlə amerikalı həmkarı Co Baydendən daha tez-tez ünsiyyət qurduğunu vurğulayıb. O, həmçinin Rusiya prezidenti ilə növbəti danışıqları da istisna etməyib: "Rusiya prezidenti ilə müzakirələrimizin müxtəlif dərəcədə intensiv olması normaldı


30.06.2022 - 15:29

Belçikada şokoladlarda bakteriya AŞKARLANDI

Dünyanın aparıcı şokolad istehsalçılarından biri olan “Barry Callebaut”un Belçikadakı fabrikində salmonella bakteriyası aşkar edilib. Xəbər verilir ki, bu barədə şirkətdən verilən yazılı açıqlamada bildirilib. Açıqlamada bakteriyanın Vize şəhərindəki fabrikdə tapıldığı qeyd edilib. Bunun üzərinə iyunun 25-dən etibarən istehsal edilən bütün şokoladların satışı dayandırılıb. Açıqlamada bildirilib ki, bakteriyanın səbəbləri dəqiqləşdirildikdən sonra fabrik


29.06.2022 - 17:00

Məhkəmə Ramin Hacılının vəsatətini təmin etməyib

Dələduzluqda təqsirləndirilən Ramin Hacılının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Xəbər verilir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə Ramin Hacılı vəsatət qaldıraraq məhkəmənin təxirə salınmasını tələb edib. O bildirib ki, artıq 5 gündür aclıq aksiyası edir və buna görə də özünü yaxşı


28.06.2022 - 19:04

Medvedev Latviyanın keçmiş daxili işlər nazirini "AXMAQ" ADLANDIRDI

Medvedev Latviyanın keçmiş daxili işlər nazirini “axmaq” adlandırıb.  Xəbər verilir ki, o, bu barədə öz Telegram kanalında yazıb. Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Medvedev Latviyanın keçmiş Daxili İşlər Nazirliyinin naziri Maris Qulbisin Kalininqrad açıqlamasına münasibət bildirib. “Ruslara açıq siqnal göndərilib, əgər çox atdanıb-düşərlərsə, Köniqsberqi (Kalininqrad) alacağıq”, – Qulbis deyib. Medvedev Qulbisin bəyanatına cavabında


28.06.2022 - 09:21

Neçə ölkədə meymunçiçəyi yayılıb? - ÜST AÇIQLADI

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2022-ci ilin əvvəlindən 50 ölkədə meymunçiçəyi infeksiyasına 3413 yoluxma və bir ölüm hadisəsini təsdiqləyib. Meymunçiçəyinə yoluxma ən çox (86%) Avropa regionunda rast gəlinir. Onu Amerika materiki (11%), Afrika (2%), Şərqi Aralıq dənizi (1%-dən az) və Asiya-Sakit okean bölgəsi (1%-dən az) izləyir. Ölkələrdə ən çox meymunçiçəyi 793 nəfərin yoluxduğu Böyük Britaniyada, həmçinin Almaniyada (521), İspaniyada (520), Portuqaliyada (317), Fransada (277), Niderlandda (167) və ABŞ


27.06.2022 - 17:54

Telman İsmayılov Baydenlə 10 il əvvəl niyə görüşüb? - TƏFƏRRÜAT

ABŞ Prezidenti Co Baydenin oğlu Hanter Baydenin 2012-ci ildə həyata keçirdiyi görüş hazırda ABŞ mətbuatında gündəmə çevrilib. Xəbər verilir ki, ölkənin nüfuzlu “New York Post” qəzeti Hanterin, atası ABŞ-ın birinci vitse-prezidenti olanda Rusiyada Vladimir Putinlə yaxından əlaqəli ən azı dörd oliqarxla görüşdüyünü iddia edib. Qeyd olunub ki, sözügedən oliqarxlardan biri, hazırda Rusiyada qətldə təqsirləndirilərək axtarışa verilən


27.06.2022 - 12:02

Azərbaycanda təyyarə biletinin qiyməti artmaqda davam edir

Bu ilin beş ayı ərzində Azərbaycan aviaşirkətləri yerli və beynəlxalq aviaşirkətlər vasitəsilə 610,4 min sərnişin daşıyıb ki, bu da 2021-ci ilin analoji dövrünün göstəricisindən 2,6 dəfə çoxdur. Turan Agenliyi bildirir ki, 2020-ci ilin mart ayından tətbiq edilən məhdudlaşdırıcı tədbirlər nəticəsində itirilən hava məkanı mövqeləri hələ də bərpa olunmayıb. “Müqayisə üçün qeyd edək


27.06.2022 - 09:00

Tokayevin gözlənilməz jestləri – TƏHLİL

Qazaxıstan prezidentinin Donbas və Luqanskla bağlı səsləndirdiyi fikirlər, qondarma respublikaları tanımayacaqlarını bildirməsi rəğbətlə qarşılanıb. Bu açıqlamalar göstərir ki, Qazaxıstan müstəqil xarici siyasət həyata keçirmək niyyətindədir.  Sankt-Peterburq iqtisadi forumu başa çatsa da, tədbir ətrafında gərgin diskussiya və analizlər davam edir. Daha çox da Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin forumda səsləndirdiyi sensasiyalı açıqlamalar diqqət mərkəzində qalmaqdadı


26.06.2022 - 13:30

NATO şərqdə əsgərlərinin sayını ikiqat artırır

NATO Madrid sammitində Soyuq müharibənin bitməsindən bəri ən böyük hərbi yerləşdirmələr barədə qərar verməyə hazırdır. Xəbər verilir ki, bu barədə İspaniyanın “El Pais” qəzeti yazıb. Qəzetin yazdığına görə, Alyans ölkələri Şərqi Avropada minlərlə əsgəri və çoxlu silahı olan qala yaratmaq üçün gərgin silahlanma yarışına başlaya bilər. “NATO öz döyüş hazırlığını göstərmək


Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15