Cümə, 17 May

Axtarış

18” üzrə 2929 nəticə tapıldı

21.12.2022 - 12:07

Təhlükəli oyuncaq: “Huggy-Wuggy” “canavar”larında zəhərli maddə aşkarlandı - FOTO

Uşaqlar arasında son zamanlar populyar olan “Huggy Wuggy” oyuncaqlarında zəhərli fenol maddəsi aşkarlanıb. Bununla bağlı Rusiyanın “Roskaçestvo” qurumundan açıqlama verilib. Qurumun apardığı araşdırma nəticəsində “Huggy Wuggy” oyuncaqlarının demək olar ki, 90%-də baş ağrısı və dermatitə səbəb olan zəhərli fenol maddəsi tapılıb. “Huggy Wuggy” kompüter oyunu personajı əsasında yaradılmış bu oyuncaq iti dişləri və vəhşi tə


21.12.2022 - 11:45

Tanınmış aktrisa toy şəklini paylaşdı - FOTO

Aktrisa Xəyalə Quliyeva həyat yoldaşı Yusiflə toy fotosunu paylaşıb. Xəbər verilir ki, sənətçi evliliklərinin 18 ilinin tamam olması münasibətilə paylaşım edib.  Qeyd edək ki, Xəyalə Quliyeva 2004-cü ildə Yusif Musayevlə ailə həyatı qurub. Onun 2007-ci ildə oğlu Məhəmməd, 2012-ci ildə isə qızı Arzu dünyaya gəlib.


20.12.2022 - 20:56

AZAL Naxçıvana gedən sərnişinlərinə müraciət etdi

Dekabrın 18-də əlverişsiz hava şəraiti ilə əlaqədar təxirə salınmış Bakı-Naxçıvan-Bakı marşrutu üzrə 251/253 , 252/254 və 255/256 nömrəli reyslərinin sərnişinlərinə müraciət edib. “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən verilən məlumata görə, Bakıdan Naxçıvana bütün uçuşlar saat 21:10 və 23:30-da həyata keçiriləcək. "Naxçıvandan Bakıya uçuşlar saat 23:30 və 01:50-də (21 dekabr) yerinə yetiriləcək. Planlaşdırılan uçuş


20.12.2022 - 19:24

Biləsuvarda yanğın zamanı ölən qadın vəzifəli şəxsin anası imiş - YENİLƏNİ

Biləsuvarda yanğın zamanı ölən qadın vəzifəli şəxsin anası imiş. Məlumata görə, hadisə nəticəsində 1943-cü il təvəllüdlü Nənələr Əhədova yanaraq ölüb. Məlumata görə, o, DİN-nin Biləsuvar mühafizə bölməsinin rəisi Arif Məmmədovun anasıdır. Faktla bağlı araşdırmalar davam etdirilir. 11:10 Biləsuvarda evdə yanğın olub. Fövqəladə Hallar Nazirliyinin xəbərinə görə, Biləsuvar şəhərində ümumi


20.12.2022 - 14:16

Bakıda nə qədər şagird və müəllim var?

Bakıda şagird və müəllimlərin sayı açıqlanıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, BŞTİ-nin tabeliyində 310 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 318 məktəb, 331 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Qeyd edilib ki, BŞTİ-nin tabeliyindəki məktəblərdə 483 223 şagirdin təlim-tərbiyəsi


20.12.2022 - 11:20

Bakı məktəblərində işə qəbul üzrə imtahan keçirildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində kitabxanaçı (kitabxana müdiri), uşaq birliyi təşkilatı rəhbəri və psixoloq vəzifələrinə işə qəbul müsabiqəsinin test imtahanı mərhələsi keçirilib. Bu barədə Bakı Şəhər üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, paytaxtdakı 12 və 32 nömrəli tam orta məktəblərdə təşkil olunan test imtahanında 1 359 nəfər iştirak


20.12.2022 - 09:21

İranda etirazlarda ölənlərin sayı 500-ü ötüb

İranda etirazlarda 503 nəfər həlak olub. Xəbər verilir ki, bu barədə ABŞ mərkəzli İranda Hüquq Müdafiəçiləri təşkilatı teleqramda məlumat yayıb. Bildirilib ki, ölənlərin 69-nun yaşı 18-dən az olan şəxslərdir. Qeyd olunub ki, 26 şəhrivər (17 sentyabr) tarixindən aparılan hesablamaya görə, 18 452 nəfər həbs olunub. Onlardan 3 976 nəfərin kimliyi və saxlanılma yeri bəlli deyil. Eyni zamanda, həbs olunan 652 nəfər tələbədir.


19.12.2022 - 14:10

Suraxanıda 189 nəfər saxlanıldı - VİDEO

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son 2 ay ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan, silsilə oğurluq, quldurluq cinayətləri törədən və üzərində odlu silah gəzdirən ümumilikdə 189 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, həmin şəxslərdən 149-u narkotik cinayətləri ilə bağlı polisin keçirdiyi əməliyyat nə


19.12.2022 - 13:32

Xəzər Dəniz Gəmiçiliyi Xəzərdə üzən bütün gəmilərinə xəbərdarlıq edib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) küləkli hava şəraiti ilə əlaqədar Xəzərdə üzən bütün gəmilərinə xəbərdarlıq göndərib. Bunu  ASCO-nun mətbuat katibi Mehman Mehdiyev deyib. Xəbərdarlıqda qeyd olunub ki, gözlənilən hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirləri görülsün. Bildirilib ki, gəmilərin qeyd edilən tarixdə təhlükə


19.12.2022 - 12:26

Erməni separatçılar Xocavənddə minaya düşüblər

Dekabrın 18-i günorta saatlarında Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycanın Qarabağ iqtisadi zonasının Xocavənd rayonu istiqamətində qanunsuz erməni silahlı birləşmələrinin yerləşdiyi mövqelərdən birində mina partlayıb. Əldə etdiyimiz məlumata görə, partlayış nəticəsində separatçı dəstənin iki üzvü ağır yaralanıb. Yaralılar Xocavənddəki xəstəxanaya çatdırılıblar. Samvel adlı separatçı dəstənin ü


19.12.2022 - 10:00

Bakının mərkəzində salınacaq 30 hektarlıq meşə-parkın - Görüntüləri

Bakının Nərimanov rayonunda yeni salınacaq istirahət parkının layihə görüntüləri yayılıb. Xəbər verilir ki, Vaqif prospekti, Ceyhun Hacıbəyli, Şəmsi Rəhimov və Nəsib Bəy Yusifbəyli küçələrini əhatə edəcək yeni park 30 hektar ərazidə yerləşəcək və meşə-park tipli olacaq. Parkda bir neçə stadion və tennis kortunun tikintisi də nəzərdə tutulub. Bundan başqa, yeni tikiləcək parkı yolun əks tərəfindəki


18.12.2022 - 14:51

Goranboyda 18 yaşlı qız dəm qazından zəhərlənib

Goranboyda zəhərlənmə faktı qeydə alınıb. Xəbər verilir ki, hadisə rayonun Dəlməmmədli şəhərində qeydə alınıb. 2004-cü il təvəllüdlü Xədicə Mustafayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, qadının vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə 18 yaşlı qız yaşadığı evdə dəm qazından zəhərlənib.


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41