Cümə, 29 Mart

Xankəndidə nə qədər rus yaşayır? - Ermənilər onlardan “girov” kimi istifadə edir...

image

Separatçılar düşünürlər ki, Azərbaycanın mümkün antitterror əməliyyatları zamanı burada guya çoxsaylı rus icmasının da “zərər çəkə biləcəyi” təəssüratını yaratsınlar; siyasətçilərdən etiraz: “Donbasda da əvvəlcə rus pasportu payladılar, sonra ”əhalimizi qurtarırıq” dedilər”

Məlum oldu kimi, dekabrın 27-də rus icmasının rəhbəri Aleksandr Bordovun rəhbərlik etdiyi “nümayəndə heyəti” Xankəndinə qanunsuz səfər edib, separatçı rejimin başçısı Araik Arutyunyanla görüş keçirilib. Separatçıların lideri iddia edib ki, Qarabağda yaşayan ruslar “artsax vətəndaşlarıdır” və hər zaman onların qayğısına “qalınacaq”.  Xankəndində isə nə qədər rus yaşadığını demək çətindir, çünki separatçılar Azərbaycan ərazilərinə qayıtmış ermənilərin sayını belə qəsdən şişirdirlər.

Hər halda, hətta dinc dövrdə belə Xankəndində və ermənilər yaşayan ətraf bölgələrdə rusların sayı çox az idi. İndi də ola bilsin ki, Qarabağda qarışıq nikahı olan ruslar var, amma onların saylarının “icma yaratmaq” həddə olmadığı dəqiqdir. Hətta Ermənistanın özündə belə rusların sayının çox az olması artıq hər şeyi deyir. Amma Arutyunyan onları “artsax respublikası” “vətəndaşı” kimi qələmə verir ki, bu da təsadüfi deyil.

Belə ki, Arutyunyan rusları “artsax vətəndaşı” adlandırmaqla şantaj edir. O, hazırda Xankəndində yaşayan ruslardan Rusiyanın özünə qarşı istifadə edir, belə rəy yaratmaq istəyir ki, guya Qarabağda “rus icması” var və onlar da bu sərsəm “müstəqilliyi” arzulayırlar. Amma burada ermənilərin başqa bir məkrli niyyətləri də var. Xankəndindəki separatçılar düşünürlər ki, Azərbaycanın mümkün antiterror əməliyyatları zamanı burada guya çoxsaylı rus icmasının da “zərər çəkə biləcəyi” təəssüratını yaratsınlar. Bu isə həm də sülhməramlıların özlərinin də şantaj edilməsi anlamına gəlir. Yəni Ordumuz antiterror əməliyyatına başlasa, bunu rus mülki insanlarına qarşı hücum kimi qiymətləndirsinlər və Rusiyanı üzərimizə qaldırsınlar.

XANKƏNDİNDƏ “RUS İCMASI” NECƏ PEYDA OLDU?- » Globall.az ictimai-siyasi onlayn qəzet

 

Qeyd edək ki, bir neçə ay əvvəl Moskvadan Federal Təhlükəsizlik Xidmətinin (FTX) Akademiyasının məzunu, kökəncə erməni olan Aleksandr Bordov bu icmaya sədr göndərilib. Artıq dekabrın 1-dən başlayaraq Xankəndi və ətrafında “slavyan əsilli” şəxslərin siyahıya alınmasına başlanıb. Ekspertlər Moskvanın bu planının gələcəkdə bölgədə ikinci “Donbas ssenarsi”ni gerçəkləşdirmək üçün “əsaslar” yaratmağa xidmət etdiyini bildirirlər.

Məlumatıa göstərilir ki, 1989-cu il siyahıyaalmasında keçmiş DQMV-də cəmi 1922 nəfər rus yaşayırmış, onun da 800 nəfərini Xocavəndin Kuropatkino kəndində yaşayan malakanlar təşkil edib, qalanları da ezam olunmuş partiya işçiləri olublar. 90-cı illərin əvvəlində həmin kəndin sakinlərinin bir hissəsi Azərbaycanın başqa rayonlarında yaşayan malakanların yanına köçüb, bir hissəsi də Rusiyaya. Faktiki bugünlərdə Qarabağ sakini sayıla biləcək rusların mövcudluğu barədə heç bir informasiya yoxdu, əgər varsa da, bu, erməniyə ərə getmiş rus qadınlar ola bilər ki, onların da sayı 5-10 nəfər ola-olmaya. Və o qadınların içərisindən Qalina Somova deyilən “Rusiya diasporası”nın Qarabağdakı təmsilçisi 44 günlük müharibə başlayanda Rusiya prezidentinə teleqram vuraraq kömək istəmişdi. İndi isə Xocalıda provaslav kilsəsi tikilir, sonra rus sərkərdəsi Nevski başda olmaqla, rus yazıçılarının büstləri qoyulur, ardınca rusların siyahıya alınması prosesi gedir. Bu siyasətdə Kremlin dairələri ilə separatçıların işbirliyi görünürmü? Araikin antiterror əməliyyatlarını “ertələmək” üçün rus sakinlər amilini ortaya atması fikri ağlabatandırmı?

Milletimizin ve devletimizin varlığı için Türk Birliği şarttır” – AMDHP Genel Başkanı Guliyev – Yeni Çağ

Fərəc Quliyev 

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev açıqlamasında aparılan bu məkrli oyuna etirazını bildirdi. Onun sözlərinə görə, burada heç bir xoş məram yoxdur. F.Quliyevin fikrincə, Rusiyanın belə davranışları ilk dəfə deyil. “Donbasda da əvvəlcə rus pasportu payladılar, sonra “əhalimizi qurtarırıq” dedilər. Krımda da analoji siyasəti yürütdülər. Rusiya çalışır ki, bu bölgəni də nüfuz dairəsində saxlasın, heç olmasa mövcudluğu olsun. Hətta NATO-ya yönəlik ultimatumda az qala bəyan edirlər ki, bu alyansı buraxın, şərqə doğru inteqrasiyadan çəkilin. Çünki Rusiya özünü postsovet məkanında ağa kimi aparır. Əslində sülhməramlıların yerləşməsi də Azərbaycanın o zaman pislə ən pis arasında etdiyi seçim idi. Bununla yanaşı, öz ərazilərimizdə suverenliyimizin bərpasında maraqlıyıq, oyunlar  qururlarsa, ayıq olmalıyıq”, – deyə partiya sədri vurğuladı.

F.Quliyev xatırlatdı ki, Azərbaycan Prezidenti xarici vətəndaşların Laçın koridorundan buraxılmaması ilə bağlı xəbərdarlıq etmişdi: “Amma Ermənistanın müdafiə naziri də gəldi, başqaları da səfər edirlər. Ona görə ictimai müqavimətimiz çox olmalıdır. Orada nə qədər rus ola bilər ki?! Uzaqbaşı 5-10 erməni rus qadınla evlənə bilər. Bu siyasətin mərkəzində rus hərbi qüvvələrini bölgədə dayandırmaq məqsədi var və separatçıları da ruhlandırırlar. Bu baxımdan ciddi şəkildə etiraz olmalıdır. Erməni icmasının geri çəkildiyi vaxtda rus icması yaratmaq xoş məram deyil və çox ciddi etiraz bildirməliyik”.

Arzuxan Əlizadə — Vikipediya

 Arzuxan Əlizadə

AMİP sədri Arzuxan Əlizadənin də fikrincə, burada erməni hiyləsi və riyakarlığı var, amma prosesin kökündə Rusiya siyasətinin dayandığını düşünür: “Moskva bu ”kart”dan Abxaziyada, Dnestryanı ərazilərdə, Donbasda da istifadə edib. Bir neçə ay qabaq rus telekanallarından biri Qarabağdakı erməni əhalisi arasında sorğu keçirmişdi, “Rusiya vətəndaşlığı istərdinizmi” sualı ilə müraciət etmişdi. O vaxt Azərbaycan ictimaiyyətindən ciddi təpki oldu və məsələ səngidi. Amma yenidən gündəmə gəlib”.

AMİP sədri hesab edir ki, Rusiya separatçıları qoruyur: “Yaralı yerimiz olan Xocalıda kilsə tikilir, rus xadimlərinə abidə qoyulur və rus icması adlı qurum formalaşdırılır. Bu da ərazilərimizə təhdiddir və buna görə gələcəkdə başımız ağrıya bilər. 10 noyabr sənədində göstərilib ki, erməni hərbçiləri çıxarılmalı idi, amma qalıblar, bu məsələni həll edə bilmədik, 1 ildən artıq vaxt gedib və indi ruslar tərəfindən himayə edilirlər. Ona görə təbii ki, antiterror əməliyyatı başlasaq, Ermənistandan qabaq Rusiya buna ilk münasibət göstərəcək. İndidən məsələ kökündən həllini tapmalıdır, qaldıqca böyüyür, şişir”

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45