Bazar, 05 May

“Omicron”un yeni simptomları açıqlandı

image

İngiltərədə “Omicron” ştamının yeni simptomları açıqlanıb.

Xəbər verilir ki, bu barədə koronavirusa yoluxanların məlumatlarını toplayan və araşdıran “ZOE Covid Symptom Study Application” məlumat yayıb.

Koronavirusun əvvəlki növləri kimi öskürək və yüksək hərarət əvəzinə yeni simptomların ortaya çıxdığı müəyyən edilib.

Koronavirusun “Delta” ştamından daha yüngül olduğu güman edilən “Omicron”un ilk simptomları ilə bağlı qeyd edilib ki, xəstə olduqlarından şübhələnən insanlar əllərinə və ayaqlarına diqqətlə baxmalıdır.

Bildirilib ki, son zamanlar bütün dünyada yayılan “Omicron”un bu yeni simptomu dəridə qaşınmadır.

Bununla belə, mütəxəssislər dəridə qaşınma ilə yanaşı, dəridə qabarcıqların da əmələ gəldiyini və bunun da qaşınmaya səbəb olduğunu bildiriblər.

Xüsusilə ovuc içi və ayaq altı bölgələrində başlayan qaşınma bu xəstəliyin ən əhəmiyyətli əlaməti olduğu iddia edilib.

Digər tərəfdən, araşdırma qrupuna daxil olan şikayətlər arasında yeni bir dəri vəziyyətinin ortaya çıxdığı söylənilib.

Mütəxəssislər ikinci növ kimi təqdim etdikləri bu dəri xəstəliyinin xüsusilə dirsək, diz və əl-ayaq bölgələrində meydana gəldiyinə diqqət çəkib.

Daha çox səpki şəklində görülən bu dəri vəziyyətinin “Omicron” ştamına yoluxanlarda ciddi nisbətdə görüldüyü ifadə edilib.

“Birinci ştam aşkar edildikdən sonra yoluxmaların sayı sürətlə artdı və yeni rəqəmlər narahatlıq doğurur. Simptomları olan yoluxanların sayında çox ciddi artım var. Qripə bənzər simptomları olan insanlarla görüşməyin. Qrip əlamətləri olanların yarısında koronavirus var”, - ZOE-nin direktorlarından biri olan professor Tim Spektor deyib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15