Şənbə, 04 May

Əfqanıstanın keçmiş prezidenti ilk dəfə ölkədən qaçmasından danışdı

image

Əfqanıstanın keçmiş prezidenti Əşrəf Qəni ilk dəfə ölkədən necə qaçdığından danışıb.

Xəbər verilir ki, bu barədə o, “BBC Radio4” radiostansiyasının “Today” proqramında bəhs edib.

Qəninin iddiasına görə, belə bir addımı şəhərin dağılmasının qarşısını almaq məqsədilə atıb. Onun bildirdiyinə əsasən, bu ilin avqust ayının 15-də səhər baş verənləri anlamayıb və yalnız Özbəkistana uçan təyyarədə oyandığını söyləyib. “Taliblərin iki müxtəlif qrupu iki tərəfdən Kabilə irəliləyirdi. Onların arasında irimiqyaslı münaqişə baş verə və 5 milyonluq şəhər xarabaya çevrilə bilərdi. Keçmiş prezident ölkədən iri məbləğdə pul çıxarmadığını da vurğulayıb. “Mənim necə yaşadığım hər kəsə bəllidir. Pulu nə edəcəm ki?”,-deyə o, bildirib.

Əşrəf Qəni dünyəvi hökumətin yıxılmasında ABŞ-ın keçmiş prezidenti Donald Trampla "Taliban" hərəkatı arasında imzalanan, ABŞ qoşunlarının Əfqansıtandan çıxaırlması barədə sazişin böyük rol oynadığını deyib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15