Cümə, 19 Aprel

Müştərini öldürən “Beerlin Pub”ın mühafizəçisindən yeni xəbər

image

Bakıda məşhur "Beerlin Pub"da müştərini döyərək öldürən mühafizəçi ilə bağlı istintaq yekunlaşıb.

Xəbər verilir ki, "pub"a gələn müştərini başından vuraraq ölümünə səbəb olan Orxan Şahbazov Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunacaq.

İstintaq orqanı hadisə ilə bağlı sübutları toplayaraq məhkəməyə təqdim edib. İşə hakim Samir Əliyevin sədrliyi ilə baxılır.

O.Şahbazov Cinayət Məcəlləsinin 120.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə təqsirli bilinib.

Xatırladaq ki, qətl bu ilin avqustunda "Xətai" metrostansiyasının yaxınlığındakı məşhur "Beerlin Pub"da baş verib. Obyektin mühafizəçisi, eyni zamanda məşhur idmançı olan Orxan Şahbazov müştəri Vüqar Mustafayevi döyüb. Xəstəxanaya yerləşdirilən zərərçəkmiş orada ölüb. Vüqar Mustafayev Ukraynanın Azərbaycandakı Səfirliyinin əməkdaşı olub.

Bu hadisədən sonra restoranın yerləşdiyi binanın sakinləri müraciət edərək həmin "pub"da tez-tez dava düşdüyünü, ictimai asayişin pozulduğunu və bu hadisələrin nəticədə onların həyat tərzinə mənfi təsir etdiyini bildirmişdilər. Bununla bağlı videogörüntülər də redaksiyamıza təqdim edilmişdi. Hadisədən sonra "Beerlin Pub"ın sahibinin kimliyi də müzakirələrə səbəb olmuşdu.

İş adamı Ceyhun Həsənova məxsus restoranın Ramil adlı şəxsin adına sənədləşdirildiyi məlum olub. C.Həsənov hələ yeniyetmə yaşlarından pub-restoran sahəsində fəaliyyət göstərib. Onların ailələrinin böyük restoran şəbəkəsi var. “2 Beer Baku”, “Yaşıl vadi” adlı məşhur obyektlər də C.Həsənova məxsusdur. Ceyhun Həsənov həm də Bakıda “Cinema klublar kralı” kimi tanınır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28