Şənbə, 04 May

Saakaşvilinin səhhəti ilə bağlı açıqlama

image

Ukrayna Ali Radasının deputatı və Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin sevgilisi Yelizaveta Yasko siyasətçinin vəziyyətinin ağır olduğunu bildirib.

“Mixaillə görüşməyə icazə verilməyəndən iki gün sonra, nəhayət ki, bu gün xəstəxana rəhbərliyi Ukrayna konsulunu onun yanına buraxıb.

Təəssüf ki, hazırda Mixailin vəziyyəti çox kritikdir. Ona heç bir tibbi yardım göstərilmir. O, bütün günü uzanır, nevroloji tutmalar keçirir. O, çox zəifdir və bu zarafat deyil”, - deyə Yasko “Facebook”da yayım zamanı bəyan edib.

Qeyd edək ki, Saakaşvili oktyabrın 1-də Gürcüstanda saxlanılıb. O, oktyabrın 2-də keçirilən yerli seçkilər ərəfəsində vətənə qayıdıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15