Cümə axşamı, 25 Aprel

Qarabağda Paşinyana qarşı üsyan: “Arayik Arutyunyan sui-qəsddən xəbər tutub“

image

""Artsax"da qeyri-adi vəziyyət yaranıb: siyasi elita müxalifətdən tutmuş hakimiyyətə qədər Ermənistan hakimiyyətinə qarşı üsyan qaldırıb".

Xəbər verilir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

Erməni nəşri mövzunu davam etdirərək qeyd edib:

"Arayik Arutyunyan Paşinyanı "Artsax"dan rədd etmək prosesinə başlayaraq bu vəziyyəti sona çatdıracaq, yoxsa ona qarşı təhlükə artıq neytrallaşdırılıb və dövlət marağı artıq əhəmiyyət kəsb etmir?

Nikol Paşinyanın mətbuat konfransında dediyini xatırladaq: ona elə bir danışıqlar irsi çatıb ki, o, "Artsax"ın erməni ərazisi olaraq qalacağını deyə bilməz, xüsusən də son günlərdə.

Məsələ ondadır ki, Ermənistan Baş naziri Samvel Babayan vasitəsilə Arayik Arutyunyanın hakimiyyətdən uzaqlaşdırılması proqramını həyata keçirməyə çalışıb: əvvəlcə büdcənin qəbulunu uğursuzluğa düçar etmək, sonra isə "Artsax prezidenti"nə impiçment elan etmək.

Nəticədə "Artsax" öz subyektivliyini itirəcək və daha "prezident" seçə bilməyəcəkdi. Lakin Arayik Arutyunyan bu sui-qəsddən xəbər tutub və müxalifətlə məsləhətləşmələr nəticəsində bu proqramın birinci hissəsinin qarşısını ala bilib - büdcə qəbul edilib.

"Artsax" tezliklə ikinci seriyanın şahidi olacaqlarını istisna etmir. Babayan bəzi dairələrin köməyi ilə Arutyunyana qarşı etirazlar yaratmağa çalışacaq. 

Yeri gəlmişkən, büdcə layihəsinin qəbulundan sonra, dekabrın 23-də Babayan Arutyunyanla görüşməyə cəhd etsə də, rədd cavabı alıb”. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33