Bazar, 05 May

Azərbaycana gələn turistlər vaksinasiya olunacaqlar - QANUN

image

Azərbaycana gələn turistlər tibbi müayinədən keçəcək və vaksinasiya olunacaqlar.

Xəbər verilir ki, bu, “Turizm haqqında” qanun layihəsində əksini tapıb.

Qeyd edilib ki, yoluxucu xəstəliklər təhlükəsi olan ölkəyə (yerə) gedən və ya bu cür ölkədən (yerdən) gələn turistlər beynəlxalq tibbi-sanitariya qaydalarında nəzərdə tutulmuş hallarda tibbi müayinə, vaksinasiya və ya digər profilaktik tədbirlərdən keçməli, yaxud bu barədə müvafiq sənəd təqdim etməlidirlər.

Turistlərin təhlükəsizliyinin təmin edilməsi sahəsində turoperatorların və turagentlərin aşağıdakı öhdəlikləri vardır:

Turizm zərfini formalaşdırarkən turistlərin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görmək və turistləri səyahət zamanı mümkün olan təhlükələr barədə məlumatlandırmaq;

Turistlərə təxirəsalınmaz təcili yardım göstərilməsini təşkil etmək;

Bu Qanunun 16.2-ci maddəsində göstərilən fövqəladə hallar barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanı (qurumu), dövlət turizm orqanını və turistin vətəndaşı olduğu ölkənin (vətəndaşlığı olmayan şəxsə münasibətdə onun daimi yaşadığı ölkənin) Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliyini (konsulluğunu) dərhal məlumatlandırmaq.

Qanun layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15