Çərşənbə axşamı, 16 Aprel

İnstagram-da super dələduz peyda olub? - 400-500 manata dua oxuyur

image

"Facebook"da "Şəbəkə" səhifəsi maraqlı iddia ilə çıxış edib.

Xəbər verilir ki, səhifənin paylaşımında deyilir: 

"Bu gənc qadın deyilənə görə, fırıldaqçılıqla məşğuldur. İnstagram-da Azerina adı ilə tanınır. Adi, ucuz pul kisələrini "dua oxumuşam, çoxlu pul qazanacaqsınız" adı ilə 400-500 AZN-ə satır. 

Sonra da camaatı inandırmaq üçün fake profillər açıb (və ya açdırıb) özünə təriflər yazdırır. Adamın 400 mindən çox izləyicisi var. Müraciətlərə meneceri cavab verir. Özünü uzman astroloq kimi təqdim edir. Şüarı da belədir: "xəyallarınızı reallarınız edirəm". 

Deyilənə görə, bu qadının toruna düşmüş xeyli zərərçəkən var. Paylaşırıq ki, xəbəriniz olsun", - deyə səhifə izləyicilərini aldanmamağa çağırıb.

Dələduzluqda ittiham olunan "Life coach" Azerina haqqında yayılan məlumatlara səthi münasibət bildirib. O, instaqramda video paylaşaraq bu ittihamların əsassız olduğunu söyləyib:

"Bundan sonra görərsiniz ki, Azerina kimdir və siz kiminlə oynamağa çalışırsınız. Və əmin olun ki, bu oyunda siz qalib olmayacaqsınız".

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28
image

Yunanıstanda zəlzələ oldu

  • 14.04.2024 - 14:37
image

DİM bu gün imtahan keçirir

  • 14.04.2024 - 10:55
image

“WhatsApp”da yeni funksiya

  • 13.04.2024 - 17:56
image

Tokayev Ermənistana gedir 

  • 13.04.2024 - 11:45
image

Roberto Kavalli vəfat etdi

  • 13.04.2024 - 11:14