Cümə, 29 Mart

Bakıda 24 yaşlı qız ərəbə qarşı 277 minlik dələduzluq etdi

image

Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı Bakıda 24 yaşlı qızın ondan 300 min manata yaxın pul alaraq mənimsədiyini bildirib.

Xəbər verilir ki, BƏƏ vətəndaşı, 1977-ci il təvəllüdlü Əhməd Abdulla Məhəmməd Alaqbaş əl-Həbsi bu barədə polisə müraciət edərək məlumat verib.

Onun sözlərinə görə, 2019-cu ilin fevralından 2021-ci ilin iyuluna kimi Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü S.Ə.-yə 277 min manat pul verib.

Əl-Həbsi ərizəsində bildirib ki, S.Ə. onu müxtəlif vədlərlə aldadaraq pulu geri qaytarmayıb.

Faktla bağlı araşdırma aparılır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45