Çərşənbə, 15 May

ABŞ Ukraynaya Rusiya ilə bağlı kəşfiyyat məlumatları verəcək?

image

ABŞ Müdafiə Nazirliyi Ukraynanı aktual kəşfiyyat məlumatları ilə təmin etmək planı üzərində işləyir. 

Xəbər verilir ki, bu iddianı ABŞ Prezidenti Co Baydenin administrasiyasından olan mənbələrə istinadən “New York Times” qəzeti yayıb. 

Məlumata görə, sözügedən planın üzərində işləməkdə məqsəd Ukraynanın Rusiyanın potensial hərəkətlərinə daha operativ reaksiya verə bilməsi üçündür.

“Kəşfiyyat məlumatlarına rus qoşunlarının sərhədi keçmək üçün hərəkət edib-etmədiyini nümayiş etdirən görüntülər daxil olacaq. Bu cür məlumatlar vaxtında paylaşıldıqda Ukrayna hərbçilərinə hücumun qarşısını almağa imkan verə bilər”, - deyə məlumatda qeyd olunub. 

Adının gizli qalmasını istəyən mənbənin verdiyi məlumata görə, ABŞ-ın kəşfiyyat xidmətləri artıq böyük həcmdə məlumatı Kiyev üçün əlçatan edib. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00