Bazar ertəsi, 06 May

“Rusiya hərbi hissələrini öz ərazisinə köçürür” - Kremldən ABŞ-a cavab

image

"Rusiya öz suveren hüququ çərçivəsində hərbi hissələrini öz ərazisinə köçürür".

Xəbər verilir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov keçirdiyi mətbuat konfransında bildirib.

O, Ağ Evin "Rusiya Ukrayna sərhədində hərbi güclərini artırmağa davam edir" iddialarına cavab verib.

"Rusiya hərbi birləşmələri ilə nə edirsə, onu öz ərazisində edir. Biz burada təbii haqqımıza kimsənin etiraz etməsinə icazə verə bilmərik və bunu qəbul edə bilmərik. Rusiya sərhədləri yaxınlığında təlim keçirən, kəşfiyyat uçuşları edən, gəmilərini hərəkət etdirən NATO, ABŞ və müxtəlif Avropa ölkələrinin dostyana olmayan hərəkətlərinə qarşı suveren hüququ çərçivəsində, öz torpaqlarında hərəkət edir”, - deyə o bildirib.

Peskov Rusiyanın Qərb ölkələrinin hərəkətlərindən narahat olduğunu deyib: “Buna görə də öz təhlükəsizliyimizi təmin etmək müəyyən tədbirlər görürük”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15