Bazar ertəsi, 06 May

İran Türkiyə ilə sərhəddi bağladı

image

İran birtərəfli qərarla bu gündən etirabən 15 gün müddətinə Türkiyə ilə sərhəddi bağlayıb.

Xəbər verilir ki, qərar İranda yaşamaq icazəsi olan və ölkəyə gir vizası alan şəxslərə aid edilməyib.

Məsələ ilə bağlı açıqlama verən Esendərə bələdiyyə sədri Dırbaz Büyüksu qeyd edib ki, Yeni ilə 8 gün qalmış verilən qərarın səbəbi böyük ehtimalla bayram şənliklərilə bağlıdır:

“Bu gün əldə etdiyimiz məlumata görə, dekabrın 24-ü səhər saat 00:00-dan etibarən İranla bütün sərhəd qapılarımız 15 gün müddətinə müvəqqəti bağlanacaq. Şəxsən mən İran dövlətinin qəbul etdiyi bu birtərəfli qərarı 8 gün sonra qədəm qoyacağımız Yeni il bayramı ilə əlaqələndirirəm. İran dövləti bu qərarla öz vətəndaşlarının xaricə getməsinin və Yeni il şənliklərində iştirakının qarşısını almaq istəyir. Ümid edirəm ki, bu qərar çox çəkməyəcək və ən qısa zamanda qapılarımız açılacaq”-deyə, bələdiyyə sədri bildirib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15