Bazar ertəsi, 06 May

Brüssel görüşü ilə bağlı açıqlanmayan detal -Paşinyan qapalı iclasda açıqladı

image

“Bu, növbəti görüş idi, ayda bir dəfə baş nazirlə görüşür, bu müddət ərzində baş verən hadisələri müzakirə edirik”.

Xəbər verilir ki, bunu parlamentin hakim “Vətəndaş müqaviləsi” fraksiyasının üzvü Ovik Ağazaryan fraksiyanın Baş nazir Nikol Paşinyanla dünən keçirilən qapalı görüşü barədə danışarkən deyib.

“Bu görüş Brüsseldəki üçtərəfli görüşə (Azərbaycan-Ermənistan-Avropa Birliyi) həsr olunmuşdu, baş nazir bizə rəsmi olaraq bildirilməyən bəzi detalları açıqladı. Proseslər elə gedir ki, bundan sonra nə olacağını birmənalı demək mümkün deyil, müzakirələr nəticəsində tərəflər mövqelərini dəyişə bilər və s. İrəliləyiş ondan ibarətdir ki, blokadanın açılması problemini həll etmək üçün dəmir yolunun gələcəkdə istismarı ilə bağlı razılıq əldə olunub. Bu, hələ yekun deyil, sənədin imzalanması ilə bağlı razılıq yoxdur”, - deputat bildirib.

Onun sözlərinə görə, xüsusilə qarşıdan gələn Ermənistan-Türkiyə danışıqları məsələsi müzakirə olunmayıb, amma söhbət zamanı ona toxunulub:

“Bunda qeyri-adi heç nə yoxdur, siz bu müzakirələrin nəyə gətirib çıxaracağını bilmirsiniz, hər halda regionda davamlı sülhün möhkəmləndirilməsi prosesini qəbul etmiş bir ölkə olaraq belə təmaslarda maraqlıyıq. Açıq gözləntilər yoxdur, bu barədə danışmaq hələ tezdir. Bir çox hallar var ki, münaqişə tərəfləri tamamilə fərqli məsələlərlə bağlı danışıqlar aparıblar, amma sonra tamam başqa şey baş verib. Bir tərəfdən biz bu cür proseslərə getməliyik, digər tərəfdən də təhlükəsizlik problemlərimizi unutmamalıyıq”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15