Şənbə, 20 Aprel

Kadırovu tənqid edən çeçen bloqqerə böyük şok: Qohumlarını oğurlayıb...

image

Çeçenistan başçısı Ramzan Kadırovu tənqid edən iki çeçen bloqqer qohumlarının kütləvi şəkildə oğurlanmasından şikayət edib.

Xəbər verilir ki, bu barədə Rusiya mətbuatında məlumat yayılıb.

Onlardan biri Tumso Abdurahmanov öz Teleqram kanalında bildirib ki, dekabrın 23-nə keçən gecə onun ata və ana tərəfdən qohumları qaçırılıb. Altı ailə üzvünün harada olduğunu bilmir.

“Xatırladıram ki, əvvəllər bütün oğurlanmış qohumlara xəbərdarlıq edilmişdi ki, onlar məni dayandırmalıdırlar, əks halda onların qanlarını tökəcəklərini demişdilər”, - Abdurahmanov deyib.

Çeçen bloqqer Minkayıl Malizayev də qohumlarının itkin düşməsindən danışıb. O, Teleqram kanalında yayımlanan videoda təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən qadınlar da daxil olmaqla, bir neçə qohumunun naməlum yerə aparıldığını, bundan sonra naməlum nömrədən paltarsız fotolarının göndərildiyini söyləyib.

Malizayev ailə üzvlərinin zorakılığa məruz qaldığını vurğulayıb, media və hüquq müdafiəçilərindən kömək istəyib.

“Onlar mənim qohumlarımı öldürə bilərlər”, - bloqqer qeyd edib.

Abdurahmanov və Malizayev Çeçenistanda Ramzan Kadırovu tənqid edən tanınmış bloqqerlərdir. Birincisi 2015-ci ildə Çeçenistan rəhbərinin qardaşı oğlu İslam Kadırovla mübahisəyə görə Rusiyadan getməyə məcbur olub. O, İsveçdə siyasi sığınacaq alıb, 2020-ci ildə orada hücuma məruz qalıb, iki rus olaya görə təqsirkar bilinib.

İkinci bloqqer 2012-ci ildə Almaniyaya gedib, ailə üzvləri ondan dəfələrlə imtina ediblər. Malizayevin sözlərinə görə, bu, təhdid və işgəncə altında baş verib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20