Bazar ertəsi, 06 May

Paşinyan müxalif partiyalara görüş təklifi etdi - RƏDD ETDİLƏR

image

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin müxalif partiyalarına qapalı görüş keçirməyi təklif edib.

Xəbər verilir ki, “Ermənistan” və “Şərəfim” var fraksiyaları görüşdən imtina ediblər.

Görüşdə Qarabağa dair məsələlərin müzakirə edilməsi planlaşdırılıb.

Hər iki partiya yaydıqları birgə bəyanatda qeyd ediblər ki, onlar ölkənin Baş naziri ilə qapalı görüş keçirməyi məqsədəuyğun hesab etmirlər.

Bəyanata əsasən, hələ 2020-ci ilin oktyabrında bu formatda Nikol Paşinyan ilə görüşlər keçirilib və müzakirələrin təfərrüatları hələ də onun tərəfindən təhrif olunur. Fraksiyalar Paşinyanla yalnız açıq formatda görüş keçirmək istədiklərini, ölkə rəhbərliyinin isə bununla razılaşmadığını qeyd ediblər.

Qapalı görüş barədə məlumatı isə fraksiyalara parlamentin sədri Alen Simonyan çatdırıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15