Cümə, 03 May

Qadın müdir sevgilisinə evlilik təklifi etdi - FOTOLAR

image

Türkiyənin Bursa şəhərində qeyri-adi evlilik təklifi olub. 

Xəbər verilir ki, gənc qadın 5 aydır birlikdə olduğu sevgilisinə evlilik təklifi edib. Belə ki, dənizin ortasında gəmidə sürpriz hazırlayan Nilay Bay sevgilisinin qarşısında diz çökərək, “Mənimlə evlənərsən?”, – deyə  sual verib. 25 yaşlı Muratcan Sarı Nilayın bu təklifinə “Hə” cavabını verib.

Maraqlısı budur ki, qadının bu hərəkəti sosial mediada gündəm mövzusuna çevrilib. Sosial media istifadəçiləri Nilay Bayın bu  hərəkətini alqışlayıb. Bundan sonra cütlük yerli KİV-lərdən birinə açıqlama verib. Nilay bildirib ki,  sevgilisi  Muratcanla 5 ay əvvəl tanış olub.  M.Sarı Nilayın müdiri olub. Onlar arasında münasibət 5 ay əvəl başlayıb. Nilay həmçinin gənc qızlara  müraciət edərək,  “Dünyanın güclü və cəsur qadınlara ehtiyacı var. Hər bir gənc qız öz arzusunu gerçəkləşdirə bilər” –  deyə bildirib.

M. Sarı  isə “Bu mənim üçün gözənilməz oldu. Fərqi yoxdur təklifi ya mən, ya da o etdi. Əsas odur biz xoşbəxtik!”, – deyə açıqlamasında bildirib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15