Cümə axşamı, 02 May

“Ermənistan Türkiyənin bütün şərtlərini yerinə yetirəcək“ - Sarkisyan

image

“Ermənistan tarixində ilk dəfə olaraq Türkiyənin bütün əsas şərtlərini yerinə yetirərək Türkiyə ilə münasibətlərin normallaşması prosesinə daxil olur”.

Xəbər verilir ki, bu barədə Beynəlxalq əlaqələr üzrə ekspert, “Erməni-Amerika Araşdırmaları Mərkəzi”nin direktoru Suren Sarkisyan öz “Facebook” səhifəsində yazıb:

“Ermənistan kompromislərə getmək üçün 3 faktoru yerinə yetirəcək: İlk öncə “Artsax” Azərbaycana təhvil verildi; İkincisi, “Erməni Soyqırımı”nın beynəlxalq səviyyədə tanınması faktiki olaraq xarici siyasət gündəmimizdən çıxarılıb; Üçüncüsü, yaxın gələcəkdə ən son ilkin şərt yerinə yetiriləcək –  yəni dəhlizin açılması”

“İndi görünür, Ermənistan və Türkiyə diplomatik münasibətlərin qurulmasına dair sənədlər imzalayacaq, Ermənistanın Türkiyənin ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıdığını təsbit edəcək və dövlətimiz Erməni Soyqırımı ilə bağlı bəzi qeyri-müəyyən ifadələri qəbul edəcək.

Qarşıdakı danışıqlarda Türkiyənin Ermənistan tərəfi qarşısında heç bir məhdudiyyəti olmayacaq, lakin vasitəçi dövlətlər qarşısında cüzi bir məhdudiyyət ola bilər. Hazırda onlardan ikisi var – ABŞ və Rusiya”, - deyə Suren Sarkisyan vurğulayıb. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15