Bazar, 05 May

Süleymaninin qətli ilə bağlı şok detal: “Biz də kömək etmişik”

image

2020-ci ilin yanvarında Bağdad yaxınlığında ABŞ-ın pilotsuz təyyarəsinin endirdiyi zərbə nəticəsində öldürülən iranlı general Qasım Süleymaninin öldürülməsində İsrail də rol oynayıb.

Xəbər verilir  ki, bu barədə İsrailin “Haaretz” qəzeti məlumat yayıb.

İsrail Müdafiə Qüvvələri kəşfiyyatının rəhbəri general-mayor Tamir Heyman bunu vəzifədə olduğu müddətdə iki mühüm olaydan biri kimi xarakterizə edib.

“Süleymaninin öldürülməsi ciddi uğurdur, çünki mənim gözümdə əsas düşmənimiz iranlılardır”, - deyən Tamir İsrailin İran təhlükəsinin regionda yayılmasının qarşısını almaq üçün bir neçə əməliyyat keçirdiyini açıqlayıb.

Süleymaninin ölümündən bir neçə gün sonra NBC News İsrail kəşfiyyatının iranlı generalı onu öldürməkdə ABŞ-a kömək etməsi haqda məlumat yaymışdı. İddiaya görə, Dəməşq beynəlxalq hava limanında olan informatorlar Qasım Süleymaninin təyyarəsi Bağdada uçarkən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə məlumat veriblər. İsrail amerikalılara verilən kəşfiyyat məlumatlarını təsdiqləyib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15