Bazar, 05 May

Doktorantura imtahanında iştirak etmək istəyənlərin NƏZƏRİNƏ!

image

19 dekabr 2021-ci il tarixində Bakı və Naxçıvan şəhərlərində Dövlət İmtahan Mərkəzi tərəfindən doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dillər üzrə fəlsəfə doktoru imtahanları keçirilib. İmtahan dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloklarından ibarət olub.

DİM-dən verilən məlumata görə, danışıq bloku üzrə imtahanın 2021-ci il 25 və 26 dekabr tarixlərində keçirilməsi nəzərdə tutulur. Danışıq bloku üzrə qiymətləndirmə şifahi formada kompüter proqramı vasitəsilə həyata keçiriləcək. İddiaçıların kompüter proqramının demo versiyası ilə bu linkdən tanış ola bilərlər.

İddiaçılara mütləq şəkildə danışıq bloku üzrə ümumi məlumat və imtahan qaydaları ilə yaxından tanış olmaq tövsiyə olunur.

İmtahan sisteminə “Şəxsi kabinet”in istifadəçi adı və şifrəsi ilə daxil ola bilərsiniz. Qeyd edək ki, yalnız imtahan üçün qeydiyyatdan keçmiş iddiaçılar linkə daxil olaraq proqramın demo versiyası ilə tanış ola bilərlər.

Texniki məsələlərlə bağlı suallarınız olarsa, [email protected] elektron poçt ünvanına məktub göndərə və ya 0124316386 (daxili 117) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15