Bazar, 12 May

Ronaldo keçmiş klubunu 63 milyona aldı

image

Məşhur braziliyalı futbolçu Ronaldo Nazario əvvəllər oynadığı “Kruzeyro” klubunun 90%-ni 63 milyon dollara alıb.

Xəbər verilir ki, Ronaldo satınalma rəsmiləşdikdən sonra kluba 25 milyon dollar sərmayə qoyacağını vəd edib.

Bildirilib ki, 45 yaşlı futbolçunun ilk hədəfi “Kruzeyro”nu köhnə günlərinə qaytarmaqdır. İlk növbədə gənc və potensial oyunçulardan ibarət komanda qurmağı qarşısına məqsəd qoyan Ronaldo 20 dekabrdan etibarən işə başlayacaq.

Qeyd edək ki, bu, İspaniya “Valyadolid”indən sonra Ronaldonun sahib olduğu ikinci klubdur.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44