Şənbə, 20 Aprel

Ermənistanda fəlakət yaşanır - Son rəqəmlər qorxunc vəziyyəti təsdiqləyir

image

Keçmiş prezident, hərbi cinayətkar Serj Sarkisyan Paşinyan hakimiyyətini ən zəif yerindən vurmağa çalışdı, Ermənistanda sosial fəlakətin əhatə dairəsi ortaya çıxdı; Rusiya Daxili İşlər Nazirliyinin açıqladığı və son üç ilə aid miqrasiya statistikası isə Ermənistanın yaxın gələcəkdə boşalmış ölkəyə çevrilə biləcəyindən xəbər verir…

Xəbər verilir ki, Ermənistanda ölkədaxili siyasi mübarizə yenidən intensivləşməyə başlayıb. Ancaq bu siyasi mübarizədə yeni istiqamətlər də müşahidə olunur. Və bu baxımdan, Ermənistanda hakimiyyət uğrunda mübarizənin artıq tədricən yeni reallıqlara uyğunlaşmaqda olduğunu düşünmək olar.

Məsələ ondadır ki, son dövrlərə qədər Paşinyan hakimiyyətinin siyasi rəqibləri əsasən rəsmi İrəvanın hərbi uğursuzluqlarını, xüsusilə də, 44 günlük savaşda biabırçı məğlubiyyəti ön plana çıxartmağa çalışırdılar. Ancaq sonra məlum oldu ki, Paşinyan hakimiyyətini devirmək üçün bu yetərli deyil. Hər halda, kapitulyasiya aktına imza atmış Paşinyan hakimiyyəti növbədənkənar parlament seçkilərində qalib gəlməyi bacardı.

Ona görə də, hazırda rəsmi İrəvanın siyasi-diplomatik uğursuzluqları əsas müzakirə mövzusuna çevrilməyə başlayıb. Radikal revanşist qüvvələr hazırda bu məsələni də Paşinyan hakimiyyətinə qarşı hücum faktoruna çevirməyə çalışır. Eyni zamanda, revanşistlər Ermənistan hakimiyyətini ölkədə diktatura rejimi qurmaqda da suçlayırlar. Əsas arqumentlər isə Paşinyan hakimiyyətinin öz siyasi rəqiblərinə qarşı repressiya siyasəti yürütməsi ilə bağlıdır. Və həqiqətən də baş nazir Nikol Paşinyan öz siyasi rəqiblərinin bəzilərinin həbsinə, bəzilərinə qarşı isə cinayət işinin açılmasına nail olub. Üstəlik, bunun üçün hüquqi əsaslar tapmaqda çətinlik də çəkməyib.

427317772_490_0_2538_2048_1920x0_80_0_0_be43a6a06a111ebdb2a0de29e3e72acd.jpg (472 KB)Ancaq diktatura və repressiya mövzusunda aparılan əks-təbliğat və ittihamlar da cəmiyyətin revanşistlərə siyasi dəstəyini təmin etmir. Çünki Ermənistan cəmiyyəti radikal revanşistlərdən bezib. Xüsusilə də, revanşistlərin avanqard qüvvəsi sayılan Qarabağ klanının hakimiyyəti dönəmində Ermənistanın bütün sahələr üzrə total şəkildə talan edilməsi hələ unudulmayıb. Və erməni baş nazir bu faktordan öz siyasi rəqiblərini küncə sıxışdırmaq üçün maksimum səviyyədə istifadə edir.

Ona görə də, Ermənistanda hakimiyyət uğrunda mübarizədə sosial-iqtisadi problemlərin ön plana çıxarılmasına cəhd göstərilir. Hazırda Ermənistanda sosial-iqtisadi böhran dərinləşməkdə davam edir. Radikal revanşistlər bu faktorun hakimiyyət uğrunda mübarizədə qüvvələr nisbətinin dəyişməsinə imkan verəcəyinə ümid bəsləyirlər.

Əslində, Paşinyan hakimiyyətinə qarşı ağır zərbə vura biləcək siyasi hücum istiqaməti doğru müəyyən edilib. Paşinyan hakimiyyətinin də bu mövzunun siyasi mübarizə alətinə çevrilməsindən qorxduğunu qətiyyən gizlədə bilmir. Çünki bu sahədə vəziyyət hər ötən gün daha da ağırlaşmaqda, əhalinin narazılığı isə artmaqda davam edir.

Ermənistan iqtisadiyyatı tamamilə çöküb, hətta iflas həddinə çatıb. İndi bu düşmən ölkə demək olar ki, heç bir şey istehsal etmədən xarici maliyyə qaynaqlarından əldə olunan kreditlər hesabına ayaqda qalmağa çalışır. Ermənistanın dövlət borcu 10 milyard dollara yaxınlaşıb. Bu ilin yanvarından indiyə qədər 2 milyard dollara yaxın kredit götürüldüyü bildirilir. Və iqtisadiyyatın çəkməkdə olduğu bir şəraitdə Ermənistanın belə ağır borc yükünün altından qalxa biləcəyi ciddi şübhələr doğurur.

sarkisyan__2_1.jpg (130 KB)Digər tərəfdən, Ermənistandan investorların çəkilməyə başladığı da müşahidə olunur. Ermənistan mətbuatı bir çox xarici şirkətin bu ölkənin iqtisadiyyatında iştirak paylarını ən ucuz qiymətə sataraq, getməyə çalışdığı barədə məlumat yayıb. Həmin məlumata görə, məsələn, Rusiyanın “Rostelekom” şirkəti Ermənistandakı törəmə şirkətini cəmisi 25 milyon dollara satışa çıxarıb. Ancaq hələlik bu məbləği belə, ödəməyə həvəs göstərən alıcı olmadığından “Rostelekom” Ermənistanı tərk etməkdə çətinlik çəkir.

Ancaq eyni fikirləri Ermənistanı tərk etmək qərarı vermiş vətəndaşlar barəsində demək mümkün deyil. Hər halda, Ermənistan mətbuatı ölkədən dünyanın müxtəlif istiqamətlərinə güclü axının olduğunu iddia edir. Və siyasi müxalifət də bu iddiaların doğru olduğunu təsdiqləyir.

Təbii ki, müxalifət düşərgəsi Ermənistandan xarici ölkələrə axını əsasən, siyasi faktorlar ilə izah etməyə çalışırlar. Onların iddialarına görə, ermənilər ölkəni daha çox Paşinyan hakimiyyətinin repressiv siyasi kursu ucbatından tərk edirlər. Halbuki, bu faktor da Ermənistanın tərk edilməsində birbaşa rol oynasa da, yeganə səbəb rolunu oynamır.

Maraqlıdır ki, keçmiş prezident, hərbi cinayətkar Serj Sarkisyan Ermənistanın hər beş vətəndaşından birinin ölkəni tərk etdiyini vurğulayıb. Onun dediyinə görə, bu vəziyyət Paşinyan hakimiyyətinin xarici və daxili siyasətinin nəticəsidir: “Hazırda insanlar gözyaşları ilə öz ölkələrini tərk etmək məcburiyyətində qalırlar. Ölkə demoqrafik böhran yaşayır”.

Vaxtilə Ermənistanı talan etmiş Qarabağ klanının liderlərindən olan S.Sarkisyan bu qorxunc reallığa cəmiyyətin sərt reaksiya verməsinin vacibliyini də vurğulayıb. Onun sözlərinə görə, Ermənistan əhalinin ölkəni tərk etməsi ilə bağlı tarixi rekordla üzləşib: “Ölkədə hər üç vətəndaşdan biri səfalət vəziyyətdə yaşayır. Bu vəziyyət son iki ildə daha da ağırlaşıb. Ümumdünya Bankının dəyərləndirməsinə görə, Ermənistan əhalisinin 47,6 faizi kasıblıq həddində yaşayır. 44 günlük savaşdan sonra əhali gələcəyə ümidini itirib. İnsanlar çıxış yolunu ölkəni kütləvi şəkildə tərk etməkdə görürlər. Müharibədən sonra evlənmə azalıb, boşanma halları çoxalıb. Minlərlə uşaq doğulmayıb. Ermənistanda əsl demoqrafik fəlakət yaşanır”.

269652069_4720267721345243_7342854648340620777_n.jpg (114 KB)Göründüyü kimi, S.Sarkisyan Paşinyan hakimiyyətini ən zəif və müdafiə edilməsi yerindən vurmağa çalışır. Ona görə də, Paşinyan hakimiyyətinin keçmiş prezidentin bu ittihamlarına cavab reaksiyası gecikməyib. Keçmiş prezidentə xatırladıblar ki, onun hakimiyyətdə olduğu 10 il ərzində Ermənistanı 373 min nəfər tərk edib və geri dönməyib. Bu hər il orta hesabla ölkəni 37 min nəfərin tərk etməsi anlamına gəlir. 1991-ci ildə 77 min uşaq doğulub. S.Sarkisyanın hakimiyyətdə olduğu 2017-ci ildə 37 700 uşaq doğulub. 44 günlük savaşda məğlubiyyət ilə yadda qalan 2020-ci ildə isə Ermənistanda doğulan uşaqların sayı 36 448 olub. Və bu rəqəmləri açıqlamaqla, Paşinyan hakimiyyəti ölkədə vəziyyətin əvvəlki dövrlərlə müqayisədə çox da dəyişmədiyini sübut etməyə çalışır.

Maraqlıdır ki, bu məsələ ilə bağlı Ermənistandan kənarda olan qaynaqlar bu düşmən ölkədə vəziyyətin daha qorxunc olduğunu göstərir. Belə ki, Rusiya Daxili İşlər Nazirliyinin açıqladığı rəqəmlərə görə, 2019-cu ildə Ermənistandan bu ölkəyə iş axtarmaq üçün gələn miqrantların sayı 210 min 460 nəfər olub. 2020-ci ildə bu rəqəm 70 min nəfər təşkil edib. 2021-ci ilin yalnız ilk yarısında isə Rusiyaya 202 min 298 erməni miqrant gəlib.

Göründüyü kimi, Ermənistan kimi, kiçik ölkə üçün bu rəqəmlər olduqca çoxdur. Belə anlaşılır ki, Ermənistan siyasi dairələrində də artıq etiraf olunduğu kimi, bu ölkə sürətlə və kütləvi şəkildə boşalır. Ermənistanın tərk edilməsi eyni intensivliklə davam edərsə, yaxın gələcəkdə bu ölkədə ümumiyyətlə, əhali qalmaya bilər.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20