Şənbə, 20 Aprel

Şimali Koreyada 100 min insan... - Yeddi ölkədən ŞOK İDDİA

image

ABŞ da daxil olmaqla 7 ölkə Şimali Koreyada 100 mindən çox insanın siyasi həbs düşərgələrində saxlandığını, işgəncələrə, məhkəməsiz edamlara və aclığa məruz qaldığını iddia edib.

Xəbər verilir ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas Qrinfild İngiltərə, Fransa, Yaponiya, İrlandiya, Estoniya və Norveç adından yaydığı birgə bəyanatda Şimali Koreyada sistemli insan haqları pozuntularına diqqət çəkib.

“Şimali Koreyadakı rejim 100 000-dən çox insanı işgəncələrə, məcburi əməyə, məhkəməsiz edamlara, aclığa və cinsi zorakılığa məruz qaldıqları siyasi həbs düşərgələrində saxlamağa davam edir”, – Qrinflid deyib.

Əhalinin qalan hissəsinin qorxu rejimində idarə edildiyini və söz azadlığı hüquqlarından məhrum edildiyini vurğulayan Tomas Qrinfild söyləyib:

“Rejim ölkədən qaçmağa çalışan hər kəs üçün “vur-öldür” əmrlərini yerinə yetirir və humanitar yardımların qarşısını alır”.

O, BMT Təhlükəsizlik Şurasını bu məsələ ilə bağlı tədbir görməyə çağırıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20