Cümə axşamı, 02 May

Honqkonqda ticarət mərkəzində yanğın, 500-ə yaxın insan köməksiz qaldı - VİDEO

image

Honqkonqda yerləşən “Dünya Ticarət Mərkəzi”ndə (World Trade Center) yanğın başlayıb.

Xəbər verilir ki, yanğın Bakı vaxtı ilə 08:00 radələrində başlayıb.

38 mərtəbəli binadan indiyə qədər 165 nəfər təxliyyə olunub.

Bununla yanaşı, 100-ə yaxın insan beşinci mərtəbənin yaxınlığında açıq platformada, 350 nəfər isə binanın yuxarı hissəsində köməksiz qalıb. Hələ ki, 8 nəfərin xəsarət aldığı məlumdur.

“Dünya Ticarət Mərkəzi”ndə mağaza, restoran və ofislər yerləşir. Təmir səbəbindən binanın dayanacağından 5-ci mərtəbəyə qədər ərazi bağlı olub və buradakı ticarət məntəqələri fəaliyyət göstərməyib.

Yanğının birinci mərtəbədə yerləşən texniki otaqda baş verdiyi və buradan yayıldığı təxmin edilir.

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15