Şənbə, 04 May

Əfqan uşaqların ölümünə səbəb olan amerikalı hərbçilər cəzalandırılmayacaq

image

Əfqanıstanın paytaxtı Kabil şəhərində 7 uşağın ölümü ilə nəticələn insidentdə iştirak edən amerikalı hərbçilər məsuliyyətdən azad olunub.

Xəbər verilir ki, Pentaqon rəhbərliyi həyata keçirdiyi araşdırmanın nəticələrinə əsasən belə bir qərara gəlib.

Məlumata görə, avqustun 29-u ABŞ-ın Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Kabildə səhv hava zərbəsi endirib. Nəticədə, 7-si uşaq olmaqla 10 nəfər həlak olub.

ABŞ-ın Kabildə hava hücumu həyata keçirməsi Kabil hava limanında iki gün əvvəl baş verən terror aktına cavab idi. Aeroportda baş verən partlayışlar zamanı 13 amerikalı hərbçi də daxil olmaqla 200 nəfər həlak olmuşdu. Hadisədən sonra ABŞ Prezidenti Co Bayden terrorçuların buna görə cavab verəcəyini vəd etmişdi.

Pentaqon rəhbərliyi araşdırma zamanı Kabildə aviazərbə ilə bağlı səhvə yol verildiyini etiraf edib. Lakin sözügedən zərbədə iştirak edənlərin cəzalandırılması istiqamətində qərar qəbul edilməyib.

“NYT” mənbələrinin məlumatına görə, ABŞ-ın müdafiə naziri və generallar həmin hərbçilərə qarşı cəza sanksiyalarının qəbul edilməsi üçün heç bir əsas tapmayıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15