Cümə, 03 May

“Hoteldə 2 gecəlik qiymət mənim bir aylıq maaşımdır”

image

“Burada hamı təyyarə biletlərinin qiymətlərinin bahalığından danışdı. Yaxşı, nə olacaq? AZAL qiymətləri endirəcək?! Yox! Özümüz deyib, özümüz eşidəcəyik”.

Xəbər verilir ki, bunu deputat Aqil Abbas parlamentdə çıxışında deyib. O xatırladıb ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu da İrəvandan İstanbula reys açdıqlarını bildirib:

“Qiymət də 80 manatdır. Mən də gözləyirəm ki, Zəngəzur Dəhlizi açılsın. Ora gedib o qiymətə uçuş edim. Benzin, dizel bizim... Üstəlik AZAL da subsidiya alır. Başqa ucuz şirkətlər gəlir, bir aydan sonra qaçıb gedirlər. Sözümüzün havada qalmaması üçün bəlkə bu barədə danışmayaq?! AZAL da qiymətləri qaldıra- qaldıra getsin. Allahın bir dənə “Zirə” komandasını da saxlaya bilmədi. Heç olmasa, komandanı saxlaya bilmirsən qardaş?! O gün oxuyuram ki, hoteldə 2 gecə 3 günlük qiymət 1750 manatdır. Mənim bir aylıq maaşımdır. Mən gedəcəm o hotelə? Əlbəttə, yox!”

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15