Çərşənbə, 24 Aprel

Pula görə 10 doza peyvənd vurdurdu

image

Yeni Zelandiya sakini pul müqabilində başqa insanların əvəzinə koronavirusa qarşı peyvənd etdirib. 

Xəbər verilir ki, bu barədə “Nyu Zeland Herald” qəzeti məlumat yayıb.

Hazırda hadisə Yeni Zelandiyanın Səhiyyə Nazirliyi tərəfindən araşdırılır. Dələduzluq barədə polisə də məlumat verilib.

Məlumata görə, kişi gün ərzində bir neçə peyvənd mərkəzinə baş çəkib və digər insanların əvəzinə peyvəndin 10 dozasını alıb. Həkimlər onun dərhal xəstəxanaya getməsini və tam müayinədən keçməsini tövsiyə edib.

İmmunlaşdırma Məsləhət Mərkəzinin tibbi direktoru, professor Nikki Turner bir gündə bu qədər peyvənd aldıqdan sonra bədənin necə reaksiya verməsinə dair məlumat olmadığını söyləyib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33
image

Bakıda taxta bazarı yanır

  • 20.04.2024 - 18:00
image

Paşinyandan ilk - Açıqlama

  • 20.04.2024 - 14:37