Cümə, 03 May

Sergey Markov: “Ermənistanın iştirak etdiyi forumda səslənən demokratiya çağırışlarına heç kim inanmayacaq”

image

Siyasi Araşdırmalar İnstitutunun direktoru, rusiyalı politoloq Sergey Markov Demokratiya Sammiti barədə düşüncələrini bölüşüb.

Onun fikrincə, Rusiya, Türkiyə, Çin, Macarıstan və Azərbaycanın Demokratiya Sammitinə dəvət edilməməsi bu ölkələrin Vaşinqtondan gələn əmrlərə tabe olmamasından, suveren siyasətindən və öz maraqlarını müdafiə etməyə hazır olmasından xəbər verir.

Politoloq qeyd edib ki, Demokratiya Sammiti daha çox demokratik dövlətlərin deyil, ABŞ-a tabe olan və Vaşinqtonun göstərişlərinə əməl edən dövlətlərin toplantısıdır.

Sergey Markov onu da vurğulayıb ki, Paşinyan üçün bu sammitdə iştirak vacibdir. Belə ki o, Rusiyanı ABŞ-a dəyişmək istəyir.

Demokratiya Sammitindən danışan rusiyalı politoloq vurğulayıb ki, burada demokratiya prinsipinin Vaşinqtona tabelik prinsipləri ilə əvəzlənməsi açıq şəkildə müşahidə olunur.

“Ermənistanın iştirak etdiyi forumda səslənən demokratiya çağırışlarına heç kim inanmayacaq”, - deyə politoloq bildirib.

Qeyd edək ki, Demokratiya Sammitinin başlıca məqsədi sadəcə olaraq digər ölkələri sıxışdırmaq, dünyanı müxtəlif düşərgələrə bölməkdir. Bu, bir növ parçala və hökm sür siyasətinin təzahürüdür. Dövlət səviyyəsində terroru dəstəkləyən Ermənistanın sammitə dəvət olunması fonunda azad siyasət yürüdən Macarıstan, Azərbaycan və Türkiyənin dəvət olunmaması iştirakçıların hansı meyarlara uyğun gəldiyi barədə aydın təsəvvür yaradır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15