Cümə axşamı, 25 Aprel

FHN-in nazir müavini oğluna biznes şəbəkəsini necə qurub? - FAKTLAR

image

Tanınmış jurnalist Cavanşir Həsənli öz facebook hesabındakı paylaşımı ilə yenidən gündəmə gəlib. Bu dəfə o, Fövqəladə Hallar Nazirliyinin rəhbər heyətini hədəf alıb və Kəmaləddin Heydərovun birinci müavini Rəfael Mirzəyevin öz oğlu üçün yaratdığı biznes şəbəkəsi ilə bağlı faktları ictimaiyyətə təqdim edib.

Araşdırma nəticəsində məlum olub ki, fövqəladə hallar nazirinin birinci müavini Rəfael Mirzəyevin oğlu Rəşad Mirzəyev İngiltərənin Brayton şəhərindəki “Bellerbys” kollecinin və Londonun City Universitetinə aid “CASS Business School” məktəbinin məzunudur.

O, 2019-cu ildə ABŞ-ın Stanford universitetində kurs keçib. Elə həmin il Rəfael Mirzəyevin oğlu Los-Ancelosda 5670 Wilshire BLVD, STE 1838 hüquqi ünvanında Websiteca LLC (qeydiyyat nömrəsi 201914810569) şirkətini qeydiyyatdan keçirib.

Amma bu onun ilk şirkəti deyil, Rəşad Mirzəyev əsasən informasiya texnologiyaları sahəsində ixtisaslaşmış bir neçə şirkətin təsisçisi və icraçı direktorudur.

O, Azərbaycanda fəaliyyət göstərən 118 sorğu xidmətini təqdim edən "118 Xidməti" MMC-ni hələ 2010-cu ildə 22 yaşlı olarkən təsis edib.

2011-ci ildə o, "Dayanacaq" MMC-ni, ardınca ATL Group-a daxil ilk şirkəti - "ATL Konsalting" MMC-ni qeydiyyatdan keçirib.

Sonrakı illərdə FHN-in birinci müavininin oğlu rəhbərlik etdiyi ATL Group-a daxil olan yeni şirkətlər açıb:

- "ATL ELECTRONİCS" Məhdud Məsuliyyətli Cəmiyyəti

- "ATL AKADEMIYA" Məhdud Məsuliyyətli Cəmiyyəti

- "ATL LOGISTICS" Məhdud Məsuliyyətli Cəmiyyəti

- "ATL RENT-A-CARS" Məhdud Məsuliyyətli Cəmiyyəti

- "ATL SERVICE" Məhdud Məsuliyyətli Cəmiyyəti

- "ATL SMS" Məhdud Məsuliyyətli Cəmiyyəti

"ATL SERVICE" MMC Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət

Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarovun oğlu Nazim Xanlarovun adına rəsmiləşdirilib.

Rəşad Mirzəyevin biznes şəbəkəsi informasiya texnologiyaları və konsaltinq xidmətləri ilə məhdudlaşmır.

O, 2016-cı ildən fast-food biznesinə də girişib. Həmin il "Əjdaha" Məhdud Məsuliyyətli Cəmiyyətini təsis edən Rəşad Mirzəyev artıq paytaxtın Bülbül prospekti, Cəfər Cabbarlı, Nəcəfqulu Rəfiyev və Cəmşid Naxçıvanski küçələrindəki eyniadlı dönərxanaların sahibidir.

Nazir müavininin oğluna məxsus "Flexy" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyət istiqaməti isə bəlli deyil.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33