Cümə axşamı, 18 Aprel

Azərbaycan filmləri “Netflix”də yayımlanacaq

image

Azərbaycan filmləri “Netflix”də yayımlanacaq.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

“2021-ci ilin əvvəlində mədəniyyət naziri Anar Kərimovun böyük bir nümayəndə heyəti ilə Türkiyə səfəri zamanı mədəniyyətin bir çox sahələrində əməkdaşlıq danışıqları ilə yanaşı, kino sahəsində də diqqətədəyər görüşlər baş tutmuşdu. “Netflix Türkiyə” rəhbərliyi ilə aparılan ilkin danışıqlar da bu görüşlərdən biri idi”, - nazirlikdən bildirilib.

Qeyd olunub ki, 2021-ci ildə bir neçə gün ərzində Bakıda “Netflix” istehsalı olan blokbaster bir filmin çəkilişi reallaşıb. Amerika istehsalı olan film haqqında geniş məlumat filmin reklam kampaniyası başladığı zaman elan olunacaq.

Nazirlikdən bildirilib ki, konkret olaraq “Netflix Türliyə” ilə müştərək layihələrin dəyərləndirmələri aparılır: “Bildiyiniz kimi, “Netflixin” öz keyfiyyət nəzarət mexanizmi mövcuddur. Bu çəkiləcək filmlərin həm texniki, həm də kreativ keyfiyyətini əhatə edir. Ona görə də bu layihələrin dəyərləndirilmələri aparılır”.

Nazirlikdən əlavə ediblər ki, kino istehsalı ilə yanaşı, əsas hədəflərdən biri də filmlərimizin nümayiş arealını böyütməkdir: “Bu baxımdan həm yaxın qonşularımızın – Türkdilli dövlətlər və MDB ölkələri çərçivəsində distribusiya şəbəkəmizi genişlətməklə yanaşı, müxtəlif film platformalarına yerləşdirməyi nəzərdə tutmuşuq. Onu deyim ki, hazırda üzərində çalışdığımız bir neçə iddialı layihə var ki, onlar təhvil verildikdən sonra “Netflix” platformasına yerləşdirməyi nəzərdə tutmuşuq. Yəni kinonun çoxyönlü inkişafı yönlərindən biri də budur: müxtəlif beynəlxalq layihələrin reallaşması. Bu istiqamətdə işlər davam etdirilir”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28
image

Yunanıstanda zəlzələ oldu

  • 14.04.2024 - 14:37
image

DİM bu gün imtahan keçirir

  • 14.04.2024 - 10:55
image

“WhatsApp”da yeni funksiya

  • 13.04.2024 - 17:56