Cümə axşamı, 25 Aprel

Azərbaycanda biabırçılıq: Məktəbdə şagirdin şalvarını soyundurub videoya çəkiblər - Şok iddia

image

Bakının 282 saylı orta məktəbində şagird sinif yoldaşlarına qarşı təhqiramiz hərəkətlər edib. Qız uşaqlarını söyməkdən başqa, o, sinifdə şalvarını çıxarıb. Bu azmış kimi həmin şagirdin anası da məktəbdə gələrək dava salıb, müəlimlərə qarşı təhqiramiz ifadələr işlədib.

Təhsil eksperti Elşən Qafarov deyib ki, Bakı məktəblərində tərbiyə işi çox zəifdir:

“Bu hadisə nə birincidir, nə də sonuncu. Bir qədər bundan öncə başqa məktəbdə də oxşar hal yaşnmışdı. Mərci uduzduğuna görə şagirdin şalvarını çıxarıb videoya çəkmişdilər. 

Bakı Şəhər Təhsil İdarəsində bu sahəyə nəzarət edəcək sektor müdirləri, məsləhətçilər var. Hamısı vəzifəsindən bixəbər insanlardır. Kiminsə adamı, tanışı olduğuna görə təyin olunublar. Məktəb işindən səriştələri belə yoxdur. 

Son illərdə Təhsil Nazirliyinin bütün fəaliyyəti kadrlarının dəyişilməsindən ibarət olub. Məktəb direktorları, müavinləri işdən çıxarılıb, yerinə yeniləri gətirilib. Yenilər də tələblərə cavab vermir. 

Direktorluq bal toplamaqla olmur. Təcrübə göstərir ki, yeni təyin olunan əksər məktəb direktorlarının tərbiyəsi yerində deyil”.

E.Qafarov qeyd edib ki, bizim məktəblərdə şagidlərə intizam tənbehi verilmir:

“Hazırki vəziyyətdə şagirdlə bağlı hər hansı hüquqi məsuliyyət görmək mümkün deyil. Şagirdin vəzifələri, hüquqi məsuliyyəti yoxdur. Məktəblərdə şagirdlərə intizam tənbehi verilmir. Halbuki sovet təhsili sistemində bu qayda mövcud idi”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33