Çərşənbə, 26 Yanvar

Generallar toplandı: “Gördüymüz şey budur ki...” – Putinə mesaj

image

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Con Kirbi Rusiyanın Ukrayna sərhədinə yaxın bölgələrdə hərbi gücünü artırdığını, amma burada qarşıdurma riskinin hələlik yüksək olmadığını iddia edib.

Xəbər verilir ki, Kirbi ABŞ müdafiə naziri Lloyd Ostinin baş qərargah rəisi Mark Milli və ABŞ-ın Avropadakı hərbi qüvvələrinin komandanı Tod Volters də daxil olmaqla yüksək səviyyəli görüşdə bu məsələni müzakirə etdiyini deyib.

“Gördüyümüz şey budur ki, bölgəyə yeni qüvvələr gətirilir. Prezident Putin ölkəsinin qərbinə və Ukraynanın ətrafına əlavə hərbi qüvvələr göndərməyə davam edir”, - Kirbi bildirib.

O, bu gün ABŞ Prezidenti Co Baydenlə Rusiya lideri Vladimir Putin arasında telefon danışığının olacağına diqqət çəkib.

“Biz burada qarşıdurmanın qaçılmaz olduğuna inanmırıq. Ən yaxşı nəticəyə nail olmaq üçün diplomatiya üçün hələ vaxt və məkan var”, - Kirbi vurğulayıb.

O, Ukraynaya əlavə hərbi yardım və ya Amerikanın bu ölkədəki hərbi qüvvələri ilə bağlı açıqlama verməkdən imtina edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti