Cümə, 19 Aprel

Bakı və İrəvan arasında növbəti “BARTER”: Bu dəfə mina xəritələrinin dəqiqliyinə inanaqmı? –AÇIQLAMA

image

Ötən gün Bakı və İrəvan arasında növbəti “barter” baş tutub. 10 erməniyə qarşı azad edilmiş digər ərazilərin mina xəritələri alınıb. Qeyd edək ki, bundan əvvəlki mübadilə proseslərində Ağdam, Füzuli və Zəngilanın mina xəritələri verilmişdi və Bakı rəsmi şəkildə bəyan etmişdi ki, verilən mina xəritələrinin cəmi 25 faizi doğrudur. O zaman Ermənistanın bu dəfə verdiyi xəritələrin tam dəqiqliyi yenə də şübhəli olaraq qalırmırmı?

Məsələ ilə bağlı danışan politoloq Ceyhun Əhmədli düşünür ki, sonuncu mübadilə prosesində Azərbaycan tərəfi minalanmış ərazilərin dəqiq xəritəsini əldə edibsə, bu, böyük nailiyyət kimi dəyərləndirilə bilər:

“Nəzərə alaq ki, bizim hazırda əsas hədəfimiz Qarabağın tez bir zamanda dirçəlişinə nail olmaqdır. Bunun üçün isə ərazinin minalardan təmizlənməsi fövqəladə dərəcədə əhəmiyyət kəsb edən məsələdir. Çünki mina xəritələrini əldə edə bilməsək, proses 10 illərlə uzana və Böyük Qayıdış arzumuzun gerçəkləşməsi xeyli zaman tələb edə bilər. Bu baxımdan, 10 nəfər erməninin qarşı tərəfə təhvil verilməsinin müqabilində minalanmış ərazilərin dəqiq xəritəsini əldə etmişiksə, demək, əsas məqsədimizə nail olmuşuq. Yadda saxlamaq lazımdır ki, bu məsələ Azərbaycan üçün heç vaxt manipulyasiya predmeti olmayıb. Biz milli hədəflərimizə gedən yolda qarşımıza çıxan real maneələri bütün vasitələrdən istifadə edərək aradan qaldırırıq. Mina xəritələrinin verilməməsi həmin maneələrdən biri idi və artıq bunu da aradan qaldırmış hesab oluna bilərik. Təbii ki, əgər xəritələr real mənzərəni əks etdirirsə…”

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28