Çərşənbə, 26 Yanvar

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

image

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

“Hemoqlobin çatışmazlığı ilə mübarizədə qırmızı ət (mal və ya quzu), ət məhsulları, eləcə də C vitaminilə zəngin mərcangilə, duzlu kələm, kivi, brokoli bizə yardımçı ola bilər. Belə ki, bu məhsullar orqanizmə dəmiri mənimsəməyə kömək edir”, - deyə həkim bildirib.

Mütəxəssis əlavə edib ki, aşağı hemoqlobin orqanizmi tam zəifliyə aparır, qalxanabənzər vəz, qadın reproduktiv sistemində problemlər, qaraciyər funksiyasının pozulması və detoksifikasiyaya səbəb olur.

Onun sözlərinə görə, hemoqlobin aşağı olduqda səhərlər qalxmağa güc və enerji qalmayacaq, saçlar tökülməyə başlayacaq, dırnaqlarsa qırılacaq. Həmçinin aşağı qan təzyiqi və sürətli nəbz müşahidə ediləcək, dodaqların kənarları boyunca çatlar əmələ gələcək.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti