Cümə, 29 Mart

Gün ərzində peyvənd olunanların sayı açıqlandı

image

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 27 339 vaksin vurulub.

Xəbər verilir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 017, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 363 nəfər təşkil edib.

Ölkədə buster doza vaksinlərin sayına gəlincə, bu göstərici 19 959 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 702 988, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 098 541, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 593 278 nəfər təşkil edir.

Ümumilikdə isə 1 011 169 buster doza vurulub.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45