Bazar ertəsi, 13 May

“Omikron”un yeni simptomları

image

Koronavirusun “Omikron” ştammına yoluxmuş şəxslərin simptomları məlum olub.

Bu barədə Cənubi Afrika Respublikasından olan həkim Unben Pillay bildirib.

Onun sözlərinə görə, hələ ki, xəstəlik “çox yüngül” formada özünü göstərir, lakin hələ nəsə demək tezdir:

“Biz qrip simptomları, quru öskürək, qızdırma, gecə tərləmələri və bədən ağrıları olan xəstələri gördük. Düşünürəm ki, bu, gördüyümüz bütün digər COVID-19 dalğaları ilə əlaqəlidir”.

Bundan əvvəl Cənubi Afrika Tibb Assosiasiyası şiddətli yorğunluğu koronavirusun “Omikron” ştammının əsas əlaməti adlandırmışdı. Eyni zamanda, xəstələrin heç birində dad və qoxu itkisi müşahidə olunmayıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00