Bazar, 05 May

“Moderna”: “Omicron”a qarşı yeni peyvəndin hazırlanması aylar çəkə bilər

image

“COVID-19-ın “Omicron” ştammındakı mutasiyanın çoxluğu, ehtimal ki, onun mövcud peyvəndlər tərəfindən təmin edilən müdafiədən yayınmasına kömək edəcək və bu da yeni immunizasiyaların hazırlanmasını zəruri edir”.

Xəbərə görə, bunu “Moderna”nın baş icraçı direktoru Stefan Bansel “Financial Times”ə müsahibəsində deyib.

Minimum əməkhaqqı və ÜDSY-nin artırılması 1 milyon 600 min vətəndaşın rifahını yaxşılaşdıracaq
Keçmiş məcburi köçkünlər üçün tikilən 6 365 mənzil şəhid ailələri və qazilərə veriləcək
Ötən gün 166 nəfər “COVID-19” pasportu olmadığına görə toylara buraxılmayıb
“Moderna”nın baş tibb mütəxəssisi Paul Burtonun yeni ştammla bağlı daha əvvəl verdiyi şərhinə toxunan baş icraçı direktor mütəxəssisin haqlı olduğunu bildirib.

Onun sözlərinə görə, “Omicron” mövcud vaksinlərin yaratdığı immunitetdən yayına bilər.

S. Bansel qeyd edib ki, dərman şirkətlərinin yeni peyvənd hazırlaması və istehsal etməsi aylar çəkə bilər: “Hazırda istifadə olunan vaksinlərin “Delta” ştammına qarşı effektiv olduğu qədər “Omicron”a qarşı eyni səviyyədə qorumanı təmin etməsinin yolu yoxdur. Təbii ki, istifadə olunan vaksinlərin effektivliyində azalma olacaq. Sadəcə bu effektivliyin nə qədər azalacağını bilmirəm, məlumatları gözləmək lazımdır. Ancaq söhbət etdiyim bütün elm adamları "bu heç də yaxşı olmayacaq" kimi şərhlər verir”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15