Cümə axşamı, 02 May

Neymar 2021-ci ili erkən başa vurdu

image

Braziliya millisinin və Fransanın PSJ klubunun ulduz futbolçusu Neymar ilin sonunadək meydana çıxa bilməyəcək.

Xəbər verilir ki, o, Fransa çempionatının “Sent-Etyen”lə oyununda zədələnib.

İlkin tibbi müayinəyə əsasən, 29 yaşlı hücumçu altı həftə yaşıl meydanlardan kənar qala bilər. Bu da o deməkdir ki, hücumçu bu il meydana çıxa bilməyəcək.

Qeyd edək ki, cənubi amerikalı futbolçu qarşılaşmanın sonlarında topuğundan xəsarət alıb. O, 88-ci dəqiqədə Erik Dina ilə əvəzlənib və meydandan xərəkdə çıxarılıb.

İdmançı özü də zədənin idman həyatının bir hissəsi olduğunu, daha yaxşı və daha güclü şəkildə meydanlara qayıdacağını bildirib. Futbolçuya komanda yoldaşlarından Marko Verratti, Kilian Mbappe, həmçinin Memfis Depay, Rişarlison, Duqlas Kosta kimi aparıcı oyunçular və futbol əfsanəsi Pele dəstək olub.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15