Cümə, 19 Aprel

24 yaşılı gənc qızı iflic olana qədər döydü – Dəhşətli anlar kameraya düşdü – ANBAAN VİDEO

image

İstanbulda 24 yaşlı Zehra Meraklı  getdiyi kafenin çıxışında xarici ölkə vətəndaşı tərəfindən yumruq və təpiklərlə ölümcül döyülüb.

Xəbər verilir ki, dəhşətli hadisə kameralara əks olunub.

Hadisə bu cür baş verib:

24 yaşlı Zehra Meraklı bacısı Büşranın nişan mərasimindən sonra axşam saatlarında qohumları ilə birlikdə restorana gedib. Yemək yedikdən sonra gənc qız tualetdən istifadə etmək üçün tanışlarının yanından ayrılıb.

Bir müddət sonra qohumlarının yanına qayıdan Zehraya arxadan yaxınlaşan xarici ölkə vətəndaşı onu yerə yıxaraq yumruq və təpiklə döyərək ölümcül hala salıb. Dəqiqələrlə davam edən döyülmədən sonra gənc qızın bacısı və ətrafdakı insanlar müdaxilə edib. Hadisədən dərhal sonra həmin şəxs oradan uzaqlaşıb.

Gənc qızın döyüldüyü o dəhşət anlar təhlükəsizlik kamerasına əks olunub.

Hadisədən sonra üzü tanınmaz hala gələn Zehra Meraklı huşsuz vəziyyətdə yaxınları tərəfindən xəstəxanaya aparılıb. Burada gənc qızın kəllə-beyin travması aldığı müəyyən edilib. Sinirləri zədələndiyi üçün üzünün sol nahiyəsi qismən iflic olan gənc qız 2 günlük müalicədən sonra xəstəxanadan buraxılıb. Gənc qız hadisə ilə bağlı ona hücum edən şəxsi şikayət edib.

Zehra onu döyən şəxsi tanımadığını və hansı səbəbdən döyüldüyünü də bilmədiyini qeyd edib.

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20