Çərşənbə, 24 Aprel

Böyük Britaniya Kraliçası II Elizabet krallıq tarixində bir ilkə imza atıb

image

Xəbər verilir ki, kraliça Bukingem sarayının bağını piknik üçün xalqa açmağa qərar verib.

Bukingem sarayı məsələ ilə əlaqədar açıqlama verib.

“Bu yay Bukingem sarayının bağı ziyarətçilərə açılacaq. Sarayın çəmənliyində piknik etmək üçün bu fürsətdən istifadə edin”, - açıqlamada qeyd edilib.

Qeyd edək ki, Bukingem sarayı 775 otaqdan ibarət 828 min kvadratmetr yaşayış sahəsinə malikdir. Sarayda müxtəlif tədbirlər üçün istifadə olunan 19 fərqli rəsmi otaq var. Sarayın 240 yataq otağı mövcuddur, bunlardan 52-si kral otağıdır, 188-i isə işçilər üçün istifadə olunur. Sarayın bağında bir göldən əlavə, bir tennis kortu da var. Bukingem sarayı dünyanın ən böyük və lüks sarayları arasında 14-cü yerdədir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33