Şənbə, 20 Aprel

Vüsalə Əlizadə göz yaşlarını saxlaya bilmədi: "Kömək etmək istəyirəm" - VİDEO

image

Aparıcı Vüsalə Əlizadə xeyirxah addımı ilə diqqət çəkib.

Xəbər verilir ki, “Bizimləsən” verilişinə qonaq olan aparıcı yeni müğənniliyə başlayan Elnarə xanıma dəstək olacağını bildirib.

Vüsalə həmin xanımı aparıcısı olduğu “7 Canlı” proqramına mütəmadi olaraq çağıraraq onu məşhurlaşmasına kömək edəcəyini bildirib:

“Mən ATV kanalının inanıb səlahiyyət verdiyi aparıcısı olaraq onun səsi, əziyyəti ilə ailəsinə çörək aparmasına yardım edəcəm”.

Bundan sonra verilişə qatılan 22 yaşlı Əlixanın da müalicəsi üçün kömək ediləcəyi bildirilib. Onun xəstəliyinə görə kədərlənən Vüsalə Əlizadə kövrələrək efirdə göz yaşlarını saxlaya bilməyib. Əlizadə Əlixanın tezliklə peşəkar həkimlər tərəfindən müalicə olunaraq sağalmasını arzu edib.

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20