Cümə axşamı, 28 Mart

Ərdoğandan Çinə mesaj: “Bunu həssaslıqla izləyirik”

image

“Son illərdə dünyada İslam və ksenofobik irqçi çıxışlar artıb”.

Xəbər verilir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə lideri çıxışında dünyanın siyasi arenasında baş verən gəlişmələrə diqqət çəkib:

“Əfqanıstanda davamlı sülhün olacağını arzu edirik. Qış şərtləri ilə ciddi böhran yaşayan Əfqanıstan xalqına dəstək vacibdir.

Biz Fələstin davamızı da sona qədər müdafiə etməkdə qərarlıyıq. İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr olaraq Fələstin davasını zəiflədəcək davranışlardan çəkinməliyik. Biz İsrailin Şərqi Qüdsdə və İordan çayının qərb sahilində qeyri-qanuni məskunlaşma, dağıtma, məcburi köçürmə, müsadirə və evakuasiya siyasətlərinə son qoymalıyıq.

Son illərdə dünyada İslam və ksenofobik irqçi çıxışlar artıb.

Çinin Sincan Uyğur Muxtar Bölgəsindəki uyğur türklərinin və digər müsəlman azlıqların vəziyyətini böyük həssaslıqla izləyirik.

Beynəlxalq ictimaiyyət Suriyadakı vəhşiliklərin qarşısını ala bilmədi. Suriyanın ərazi bütövlüyünə və terror təşkilatlarına qarşı mübarizəmiz davam edəcək”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45