Bazar ertəsi, 29 Noyabr

“Ərimin şəklini kim paylaşsa, polisə verəcəm” - Əməkdar artist

image

Əməkdar artist Nigar Şabanova bir müddət əvvəl həyat yoldaşı ilə fotosunu paylaşsa da, sonradan səhifəsindən silmişdi.

OLAY yazır ki, sənətçi ötən gün sildiyi şəkli geri qaytarıb, daha sonra isə İnstaqramın canlı yayımında həmin görüntünün yenidən tirajlanmasına etiraz edib:

“Həyat yoldaşımla bir dəfə şəkil paylaşdım və sildim. Mən həmin şəkili səhifəmdən silsəm də, bir çox sosial şəbəkələrdə nişanlımın şəkili qalmaqdadır. O demək deyil ki, mənimlə bağlı xəbərlərdə onun şəkili yayımlanmalıdır. O hərbçidir və elə bir yerdə çalışır ki, fotosunun sosial şəbəkələrdə yayılması heç cür qəbul edilən hal deyil. Bundan sonra onun fotolarını hansı sosial şəbəkələrdəki səhifələrdə görsəm, polisə şikayət edəcəyəm”.

Qeyd edək ki, xanəndə hərbçi Xəyyam Qaragözovla bir müddət əvvəl nikah bağlayıb

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti